Hikmət Hacıyev: Onlar Azərbaycan xalqı qarşısında cavab verməlidirlər

Hikmət Hacıyev: Onlar Azərbaycan xalqı qarşısında cavab verməlidirlər"Azərbaycan tərəfindən qısa müddətdə həyata keçirilən rekonstruksiya layihələrinə bizim diplomat dostlarımız və həmkarlarımız təəccüblərini gizlədə bilmirlər".
APA xəbər verir ki, bunu Şuşada Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev bildirib ki, hazırda Şuşada dünyanın dörd bir tərəfindən nümayəndələr iştirak edir: "Gördüyünüz kimi, burada çoxsaylı dövlətlərin nümayəndələri iştirak edirlər. Hazırda Şuşada, demək olar ki, dünyanın bütün qitələrini təmsil edən dövlətlərdən nümayəndələr var. Məsələn, Avropa, Asiya, Latın Amerikası ölkələri - Qvatemala, Panama, Argentina, həmçinin Afrika ölkələri - Uqanda, Çad və digər ölkələr, eyni zamanda, Avstraliya və Okeaniya regionu ölkələrinin təmsilçiləri bu gün buradadır. Və bu iştirak onlar üçün də kifayət qədər maraqlıdır. Həqiqətən, Azərbaycan tərəfindən qısa müddətdə həyata keçirilən rekonstruksiya layihələrinə bizim diplomat dostlarımız və həmkarlarımız təəccüblərini gizlədə bilmirlər. Bütün bunların qısa dövr ərzində həyata keçirilməsi çox böyük maraqla qarşılanıb".
Prezident köməkçisi ABŞ və Fransanın sözügedən konfransda iştirak etmədiyinə diqqət çəkib: "Amma bu tədbirdə iştirak etməyən iki dövlət var ki, mən o ölkələri xüsusilə qeyd etmək istəyirəm: ABŞ və Fransa. Onların burada iştirak etməməsinin səbəbini biz başa düşə bilmirik. Düzdür, Şuşa şəhərinin məhz o ölkələrin iştirakına ehtiyacı yoxdur. Gələ də bilərlər, gəlməyə də. Yəni ki, bundan sonra biz onları heç dəvət də etməyəcəyik. Amma onların gəlməməsi bir daha da Minsk qrupu çərçivəsində və Minsk qrupunun yenidən bərpası və reanimasiyası haqqında bəzi bəyanatlarla çıxış etməsi onların 30 illik danışıqlar prosesi çərçivəsində hansı missiyanı həyata keçirməsini bir daha göstərir. Onlar Azərbaycanın ərazi bütövlüyünümü, yoxsa Şuşa şəhərində olan yenidənqurma və bərpa işlərinimi həzm edə bilmirlər, başa düşmək olmur. Ona görə də ilk növbədə, onlar Azərbaycan xalqı qarşısında cavab verməlidirlər. Əgər onlar özlərini Azərbaycana dost ölkə hesab edirlərsə, bilməlidirlər ki, Şuşa Azərbaycan xalqı üçün böyük bir dəyərdir, Şuşa Azərbaycan xalqının göz bəbəyidir, hər bir Azərbaycan vətəndaşının qəlbində olan bir şəhərdir. Onların bura gəlməməsi bir daha da danışıqlar prosesində 30 illik dövrdə - hansı ki Azərbaycanın vaxtını aldı - hansı məqsədlərə qulluq etməsini və nələrdə maraqlı olduqlarını göstərir".

Xəbərlər     Tarix: 27 avqust 2022

Oxşar xəbərlər

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd


iqtisadi xeberler birbank biznes qurmaq bank faizleri dollar məzənnəsi