"Himayədar ailə" modeli ilə bağlı yeni altsistem istifadəyə veriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Himayədar ailə" modelinin tətbiqi ilə bağlı "Gatekeeping" (Himayədar ailə) altsisteminin hazırlanması işləri artıq yekunlaşır.
Nazirlikdən "Report"a verilən məlumata görə, altsistem "e-sosial" internet portalı tərkibində yaradılır və yaxın vaxtlarda istifadəyə veriləcək.
Himayədar ailə (himayədar valideyn) olmaq istəyən şəxslərin və himayədar ailəyə veriləcək uşaqların vahid uçotu bu altsistem vasitəsilə həyata keçiriləcək. Himayədar ailə institutu valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağın ailə mühitində yaşaması və inkişafına xidmət edəcək. Bu model beynəlxalq təcrübədə geniş tətbiq olunur.
Qeyd edək ki, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş hər bir uşaqla bağlı proseslərin uçotu hazırda e-qaydada aparılır.

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Dünyanın əh bahalı brendləri - TOP-10
Necə Bitcoin almaq olar?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Biznesə aid ən yaxşı 10 kitab