Hindistanda daha bir iPhone yığma zavodu tikiləcək
Hindistanın cənubundakı Karnataka əyalətinin hakimiyyət orqanı ikinci iPhone yığma zavodunun tikintisi üçün 120 hektar ərazinin ayrıldığını elan edib. Dövlət investisiya departamenti "Twitter" səhifəsində qeyd edib ki, bu tikintiyə Tayvanın "Foxconn Technology Group" şirkəti sərmayə qoyur.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
"Foxconn"un sərmayəsinin məbləği dəqiqləşdirilməyib, lakin "Bloomberg" daha əvvəl bildirmişdi ki, şirkət Hindistanda iPhone istehsalını genişləndirmək üçün təxminən 700 milyon dollar sərmayə qoymaq niyyətindədir. Hazırda iPhone-lar Hindistanda üç təchizatçı tərəfindən yığılır: "Foxconn", "Pegatron" və "Wistron".
Ümumilikdə, son altı ayda "Apple" iqtisadiyyatın yavaşlaması və Çinlə gərginliyin artması fonunda istehsalın Çindən tədricən çıxarılması üzərində işləyir. Amerika şirkəti Hindistanda istehsal payını 25%-ə çatdırmağı planlaşdırır. İndi bu pay "Apple" məhsullarının ümumi həcminin 5-7%-ni təşkil edir.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Biznes təlimlər və tədris üsulları
İnvestisiyanın necə cəlb etmək olar?
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-3 biznes universiteti hansılardı?