"Huawei" gələn il smartfonlarının qlobal tədarükünü iki dəfə artıracaq
Çinin "Huawei" şirkəti gələn il smartfonlarının qlobal tədarükünü iki dəfə artırmağı və 60-70 milyon ədədə çatdırmağı planlaşdırır.
Bu barədə Yaponiyanın "Nikkei" agentliyi məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə 2019-cu ildə ABŞ-nin o vaxtkı prezidenti Donald Tramp tərəfindən sanksiyaya məruz qalan şirkət bir neçə aydır ki, öz komponentlərinin – mikroboardlar, fotomatrislər, linzalar və s. ehtiyatını artırır.
"Huawei" Çin çip istehsalçısı "Semiconductor Manufacturing International Co" (SMIC) ilə fəal əməkdaşlıq edir. SMIC "Huawei" smartfonları üçün 14 nm və Çinin ən qabaqcıl 7 nm çiplərini təmin edir. "Nikkei"nin mənbəsi qeyd edir ki, SMIC 7 nanometrlik çiplərin istehsalını ildə 36 milyon ədədə qədər artıra bilər və eyni zamanda onların işinin keyfiyyətini yaxşılaşdıra bilər. Bununla belə, mənbələr qeyd edirlər ki, Birləşmiş Ştatlar artıq Çin şirkətinə ciddi zərbə vuran sanksiyaları sərtləşdirməyə qərar verərsə, "Huawei"in planları pozula bilər. Əgər 2019-cu ilin sonunda "Huawei"in qlobal tədarükləri 240 milyon ədəd təşkil edirdisə, keçən il IDC tədqiqat şirkətinin məlumatına görə, onlar 30 milyona düşüb. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Biznes nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Az pulla hansı işi qurmaq olar?
SMM nədir?