İƏT Baş Katibliyi Ermənistanın hərbi təxribatından ciddi narahatlığını ifadə etdi
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dövlət sərhədi boyunca həyata keçirdiyi hərbi təxribatdan ciddi narahatlığını ifadə edib və Ermənistan ordusunun addımını pisləyib.
KONKRET.az xəbər verir ki, Baş Katiblik Ermənistan Respublikasını Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata, habelə Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmalara uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırır.
İƏT Xarici İşlər Nazirləri Şurasının 22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməni xatırladan Baş Katiblik daha sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qarşılıqlı tanınması və hörməti əsasında normallaşdırılmasına çağırır.
Baş Katiblik həlak olanlarla əlaqədar şəhidlərin ailələrinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
Ən bahalı otellər hansılardır?
Ev şəraitində pul qazanmağın yolları
Necə Bitcoin almaq olar?
Green Card nədir və onu necə əldə etmək olar?
Layihə menecmenti nədir?