"IGB-nin genişləndirilmiş həcmləri iyulda sifariş ediləcək"

Regionda dəyişən təhlükəsizlik və enerji mühiti səbəbindən Azərbaycan təbii qazını nəql edən Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) bazarın artan ehtiyaclarına uyğun olaraq genişləndirilməsi imkanlarını fəal şəkildə araşdırılır.
Bunu layihə operatoru olan ICGB-nin icraçı direktoru Teodora Georgieva deyib.
"IGB-nin hazırda illik ötürmə qabiliyyəti 3 milyard kubmetr təşkil edir. Hazırda PRISMA və RBP platformalarında mövcud tutum hərraca çıxarılıb.
İnterkonnektor Bolqarıstanın daxili istehlakının təqribən yarısını təmin edir, Moldova və Ukrayna kimi regionun digər ölkələrinə yeni mənbələrdən çatdırılma imkanı yaradır", – deyə o bildirib.
T.Georgieva qeyd edib ki, ICGB artan tələbatı qarşılamaq məqsədilə borunun tutumunun 5 milyard kubmetrə qədər artırılmasında bazar marağını araşdırmaq üçün prosesə başlayıb və artıq Transmissiya Xidmətləri Operatorları (TSO) bu prosesin qeyri-məcburi mərhələsini həyata keçirib: "Bu mərhələdə tələbata dair müsbət impluslar müşahidə edən ICGB prosesin növbəti addımları üzərində işini davam etdirir. Məcburi mərhələ, yəni enerji treyderləri və yükgöndərənlərin qaz tutumlarını sifariş edə biləcəyi mərhələ isə 2024-cü ilin iyul ayına planlaşdırılır. Həmçinin şirkət potensial investisiyaları qiymətləndirmək istiqamətində də fəaliyyət göstərir və bununla bağlı yekun qərarı "BEH Ltd." ilə "IGI Poseidon" verəcək.
Onun sözlərinə görə, genişləndirmə ilə bağlı qərar verildikdən sonra ICGB mühəndislik mərhələsi üçün podratçı, mövcud infrastrukturda hər hansı dəyişiklik üçün məsləhətçilər seçəcək, nəhayət tender proseduruna və tikinti işlərinə davam edəcək.
"Geniş regionda enerji infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı ICGB Qərbi Balkanlar, Cənub-Şərqi və Mərkəzi Avropadakı digər TSO-lar və ölkələrlə daha sıx əməkdaşlığın fəal tərəfdarıdır. Enerji asılılığını azaltmaq, təhlükəsiz çatdırılma marşrutlarını və şaxələndirilmiş mənbələri təmin etmək məqsədilə Moldova və Ukraynadakı TSO-ların da daxil olduğu Şaquli Qaz Dəhlizi təşəbbüsünün genişləndirilməsini dəstəkləyirik", – deyə ICGB-nin icraçı direktoru diqqətə çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-dən fəaliyyətə başlayan IGB layihəsi 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş "ICGB AD" investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi (50%) və Yunanıstanın "IGI Poseidon" (50%) şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır.
Ümumi uzunluğu 182 km, illik ötürmə qabiliyyəti 3-5 milyard kubmetr həcmində olan IGB-nin 150 km-lik hissəsi Bolqarıstan ərazisinə düşür.
2023-cü ildə Bolqarıstana 1.39 milyard kubmetr, Yunanıstana 0.67 milyard kubmetr Azərbaycan təbii qazı nəql olunub. / banker.az

Xəbərlər     Tarix: 19 yanvar 2024

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il


iqtisadi xeberler en son xeberler rubl mezenne depozit faizleri biznes qurmaq