İki oğlu şəhid olan atanın təsirli çıxışı - VİDEO

İki oğlu şəhid olan atanın təsirli çıxışı - VİDEO"Onların seçdiyi vətən yolunda yaşamağa qərar tutdum. Əgər biz müstəqiliksə, bizim hər zaman şəhidimiz olacaq. İstəmiriksə şəhid gəlsin, bütün torpaqlarımızı paylayaq, qurtarsın. Necə ki, Sovetlər Birliyi dövründə nə şəhidimiz var idi, nə də heç nə. O qurum da, o dövr də bir dövr idi. Lakin bir millət kimi millətçiliyimiz əlimizdən alınmışdı. Biz dünyaya bir zaman gəlmişik, bir zaman da gedəcəyik".
azxeber.com xəbər verir ki, bu sözləri 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımız İman və Bəhrəm Məmmədzadə qardaşlarının atası Elman Məmmədov deyib. "Təsir dairəsi" verilişinə qonaq olan Elman bəy son günlər şəhidlərin dəfn mərasimində oxunan mərsiyələrə də münasibət bildirib:
"Ölüm bizim son silahımızdır. Lazım olacaqsa, öləcəyik, amma bundan sonra bir qarış torpağımızı kimsəyə yem etməyəcəyik. Bu gün şəhid gəlir. Şəhid üçün ağlamaq lazım deyil. Şəhidi təmtəraqla dəfn etmək lazımdır. Qoy bütün gənclər, nəsillər bilsin ki, o kimdir. Şəhidlərin məclisini vayla keçirmək lazım deyil. Şəhid döyüşə vayla girməyib, hayla girib. Biz şəhidi vayla dəfn etməyək. Şəhid heç vaxt ölmür, ölməyəcək də".
Şəhid atasının bu çıxışı sosial şəbəkələrdə paylaşılaraq hər kəsə təsirli anlar yaşadıb. 
Xatırladaq ki, İman və Bəhrəm Məmmədzadə qardaşları 2020-ci il noyabrın 2-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq qəhrəmancasına şəhid olublar.
İgidlərimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən "Vətən uğrunda" medalları ilə təltif olunublar.

Hər biri bir qəhrəmanlıq dastanı olan şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik.

Xəbərlər     Tarix: 16 sentyabr 2022

Oxşar xəbərlər

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml


iqtisadi xeberler biznes ideyalari internetden pul qazanmaq en son xeberler kicik biznes