İki şahmatçımız medal qazandı
Çexiyanın paytaxtı Praqada keçirilən qadın şahmatçılar arasında Avropa çempionatında sonuncu – XI turun oyunları keçirilib.
KONKRET.az xəbər verir ki, turnir cədvəlinin 2-ci pilləsində olan Günay Məmmədzadə Aleksandra Maltsevska (Polşa), Gövhər Beydullayeva Nana Dzaqnidze (Gürcüstan) və Ləman Hacıyeva Yolanta Zavadska (Polşa) ilə heç-heçə edib.
Ülviyyə Fətəliyeva Azərbaycan millisindən komanda yoldaşı olan Gülnar Məmmədova, Xanım Balacayeva Alisiya Sliviçka (Polşa) və Səbinə İbrahimova Mixalina Rudzinska (Polşa) üzərində qələbə qazanıb.
44 yaşlı lider Monika Soçko (Polşa) Lilit Mkrtçyanla (Ermənistan) heç-heçə edərək xalını 8,5-ə qaldırıb və Avropa çempionu olub. Günay Məmmədzadə 8 xalla gümüş, eyni xal toplayan Ülviyyə Fətəliyeva bürünc medal qazanıb.
Gülnar Məmmədova 7 xalla 15-ci, Gövhər Beydullayeva və Xanım Balacayeva eyni xalla 19-20-ci, Ləman Hacıyeva 6,5 xalla 23-cü və Səbinə İbrahimova 52-ci olub.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
"Freelance" nədir?
Layihə menecmenti nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyanın ən bahalı restoranları
İlon Mask kimdir?