İKT sektoruna güzəştlər xarici şirkətlərin Azərbaycana investisiya marağını artırır
Texnologiya parklarının rezidentlərinə verilən vergi, gömrük və digər güzəştlərdən sonra informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycana marağı artıb. Bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının idarə heyətinin rəhbəri Elvin Abbasov deyib. Onun sözlərinə görə, artıq İKT sahəsində fəaliyyət göstərən proqram təminatı və təchizatı şirkətləri texnologiyalar parkının rezidenti olmaq üçün müraciət edirlər.
"Qanunvericiliklə İKT sahəsinə böyük imtiyazlar verilib. Bundan, təbii ki, Azərbaycanın İKT sektoru böyük faydalar əldə edəcək. Artıq xarici şirkətlərin Azərbaycana investisiya etmək üçün marağı da artır. "Relocasion" layihəsi xarici şirkətlərin Azərbaycana köçməsi və bu imtiyazlardan yararlanmasını nəzərdə tutur", – E.Abbasov qeyd edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci tarixli Fərmanı ilə "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Əsasnamə ilə sistem inteqrasiyası və proqram təminatının inkişafı ilə məşğul olan texnologiyalar parkının rezidentlərinə Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və "Sosial sığorta haqqında" Qanunda bir sıra güzəştlər müəyyənləşdirilib. / banker.az

ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
"Bank of Baku"nun səhmdarları növbədənkənar toplanır
Körfəz ölkələrindən Azərbaycandakı fiziki şəxslərə $20 mln. üzərində pul köçürülüb
Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib
"Reanda Azərbaycan" şirkətinin rəhbər heyəti "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi"ni ziyarət edib - FOTO
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək
Çin niyə iri nüvə reaktorlarına üstünlük verir?
Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
IMEI kod nədir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
İKEA şirkətinin tarixi
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
İlon Mask kimdir?