İlham Əliyev: "Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq"
"Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxışı zamanı deyib.
"Nə biz, nə də qonşularımız bu coğrafiyanı dəyişə bilməz. Düşünürəm ki, ölkəmizin uğuru siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir. Biz keçən il müstəqilliyimizin 30-cu ildönümünü qeyd etdik. Bu göstərir ki, qonşularla normal münasibətləri saxlamaq mümkündür. Eyni zamanda, bizim ölkəmizdən çox böyük olan qonşularla da münasibətləri saxlayaraq öz milli kimliyimizi, müstəqilliyimizi və müstəqil siyasi mövqeyimizi qorumaq da mümkündür. Qonşularımızla münasibətlərə gəldikdə isə deyə bilərəm ki, biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq. Problemli sahələri və yaxud da fərqli mövqelərimiz olan məsələləri hər zaman ifadə etmişik. Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik", – Prezident qeyd edib.

Mərkəzi Bank faiz qərarını verdi- Ardıcıl üç iclasda gözləmə mövqeyini seçib
"Merkuri BOKT" növbədənkənar yığıncaq keçiriləcək
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Lizinq şirkəti BOKT yaradır
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
AMB: nağd valyuta bazarında əhalinin banka satışları alışı $311 mln. üstələyib
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzalayıb
Mərkəzi Bank müştərilərin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı açıqlama verib
İban nədir?
Dünyanın ən zəngin idmançıları
IBAN nədir?
İnstaqramda biznes qurmağın yolları
Ev şəraitində pul qazanmağın yolları