İlham Əliyev Prezident seçildiyi gündən bu hədəfləri müəyyən edib – Regionların sosial-iqtisadi inkişafı necə aparılır?

İlham Əliyev Prezident seçildiyi gündən bu hədəfləri müəyyən edib – Regionların sosial-iqtisadi inkişafı necə aparılır?Bu gün Azərbaycanın inkişafında təkcə paytaxt Bakının deyil, eləcə də onun regionlarının çox mühüm rol oynadığı heç kimə sirr deyil. Bu da bir danılmaz faktdır ki, artıq regionlardakı vəziyyət 20-25 il əvvəlki illərlə müqayisədə müsbət dərəcədə çox dəyişib. Görülən işlər və atılan addımlar regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb. 1993-cü ildən başlayaraq Azərbaycan Prezidenti Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırıb, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş imkanlar açıb. 
Bu siyasət  hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti regionların sürətli sosial-iqtisadi inkişafını təmin etmək üçün bir sıra mühüm dövlət proqramlarının hazırlanması və qəbul olunması istiqamətində göstərişlər verib. Prezidentin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının 2019-2023- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi deməkdir. Hazırda regional iqtisadi siyasətin əsas hədəfləri məhz regionlarda aktivliyin artırılması, daxili və xarici sərmayələrin cəlb olunması, texnologiyaların tətbiq edilməsi, istehsal və ixrac imkanlarının yüksəldilməsidir. Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi gündən etibarən bu hədəfləri müəyyən edib.
Vətən müharibəsində əldə olunan qələbə ilə Azərbaycan mahiyyət etibarilə yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, regionların sosial-iqtisadi inkişafından da yan keçməyib. Belə ki, qələbə nəticəsində işğaldan azad edilən ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq baxımından Azərbaycanın inkişafına böyük təkan verəcək. Hazırda işğaldan azad edilən ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının müvafiqliyi əraziləri işğaldan azad edilən rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən  Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlətin bir neçə proqramları mövcuddur: "Regionların sosial-iqtisadi inkişafı təxminən 2000-ci illərdən dövlət üçün prioritet məsələ olaraq qalır. "2009-2013-cü illər Dövlət Proqramı"nın elan olunması bunun bariz nümunəsidir. Şübhəsiz ki, növbəti mərhələdə, yəni 2014-2018-ci illəri əhatə edən dövlət proqramında davamlı sosial-iqtisadi inkişafa nail olmaqla bağlı qanun qəbul edildi. Azərbaycanda əsas hədəf ondan ibarət oldu ki, bütövlükdə Bakı ətrafında urbanizasiya və mərkəzləşmə Respublika üzrə regionlara da bölünsün. Belə proqramlar icra olunduğu müddətdə ÜDM həcmi 3,2 dəfə artıb. Qeyri-neft sektoru isə təxminən 3 dəfəyə yaxın yüksəlib. Həmçinin sənayə və kənd təsərrüfatı sektorunda canlanma müşahidə olunub. Prezidentin  2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı birmənalı şəkildə Dövlət İnvestisiya Proqramının tərtib olunmasında regionların payını geniş şəkildə artırıb. Hesab edirəm ki, ölkənin sosial-iqtisadi inkişafının həyata keçirilməsi, yaşam və infrastrukturun beynəlxalq tələblərə cavab verməsi və rəqabət qabiliyyətli olması, eləcə də ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması xüsusi əhəmiyyət kəsb edir".
İlham Əliyev Prezident seçildiyi gündən bu hədəfləri müəyyən edib – Regionların sosial-iqtisadi inkişafı necə aparılır?Əziz Əlibəylinin sözlərinə görə, "2019-2023"cü illəri əhatə edən Dövlət Proqramının təsdiq olunması bir vacib məsələ ilə də əlamətdar olub: "Belə ki, dövlət proqramlarının icrası 2 milyon daimi iş yerlərinin açılması, yeni müəssisələrin yaradılması və yoxsulluq səviyyəsinin 5 faizə qədər düşməsi ilə müşaiyət olunan ciddi nəticələrlə yadda qalıb. "2019-2023"cü illər Proqramının əhatə etdiyi regionlar sırasına artıq Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonunun əlavə edilməsi bir ilk olub. Artıq Azərbaycan bölgələrinin, xüsusən Qarabağın yenidən qurulması və inkişaf etdirilməsi, kənd və şəhərlərin smart tipli salınması, əhalinin "Böyük Qayıdış"ının təmin edilməsi istiqamətində daha böyük addımlar atılır. Hesab edirəm ki, icra oluna dövlət proqramları Pandemiyanın təsirlərinin aradan qaldırılması ilə yanaşı, həm də Qarabağa "Böyük Qayıdış"ı özündə əks etdirir. Yeni iş yerlərinin açılması, zərər görən sahibkarlara yardımların verilməsi bunun bariz nümunəsidir. Azərbaycanda sənaye parklarının (Araz vadisi, Ələt iqtisadi zonası və sairə) yaradılmasına xüsusi diqqət yetirilir. Regionlarda təhsil müəssisələrin, gənclər mərkəzlərinin, ictimai iaşə obyektlərinin yaradılması isə sosial-iqtisadi inkişafı daha da sürətləndirir".
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusuna uyğun olaraq dərc edilir.
İlham Əliyev Prezident seçildiyi gündən bu hədəfləri müəyyən edib – Regionların sosial-iqtisadi inkişafı necə aparılır?

Xəbərlər     Tarix: 09 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla


iqtisadi xeberler kicik biznes bitkoin qiymeti iqtisadiyyat xeberleri 1000 manatla biznes