İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
KONKRET.az xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya prezidentləri arasında əldə olunmuş razılaşmalar əsasında münasibətlərimizin dinamik inkişafından və ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, nəqliyyat-tranzit, energetika sahələrində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edilib, bütün istiqamətlər üzrə irəliləyişin olduğu və ticarət dövriyyəsinin artdığı vurğulanıb. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı 10 noyabr Bəyanatının icrası ilə bağlı bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası məqsədilə yaradılmış Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyəti üzrə məsələlər müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
***
12:19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Biznes nədir və hansı növləri var?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Kriptovalyuta nədir?