İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sessiyasında iştirak edir - YENİLƏNİB

İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sessiyasında iştirak edir - YENİLƏNİBSentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti işə başlayıb.
KONKRET.az xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarını qarşılayıb.
Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Hazırda Sammitin geniş tərkibdə iclası keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 8 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolustan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var. İranın Təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair artıq siyasi qərarlar qəbul olunub və prosedur məsələləri tamamlanmaq üzrədir.
Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
ŞƏT-in iki daimi orqanı – Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu mövcuddur. Təşkilatın hazırkı baş katibi Çin nümayəndəsi Can Mindir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Xatırladaq ki, hazırda ŞƏT-ə Özbəkistan sədrlik edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edir.
***
09:59
Özbəkistanın Səmərqənd şəhərinin "Konqres mərkəzi"ndə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısı başlayıb.
KONKRET.az "Zakon"a istinadən xəbər verir ki, məlumatı Qazaxıstan Prezidentinin Mətbuat xidməti yayıb.
Məlumata görə, ŞƏT liderləri sessiyadan əvvəl dar çərçivədə qeyr-rəsmi söhbət edib.//Report

Xəbərlər     Tarix: 16 sentyabr 2022

Oxşar xəbərlər

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə


iqtisadi xeberler dollarin kursu bu gun valyuta kurslari investisiya valyuta mezennesi