İlham Əliyev Səudiyyə Ərəbistanının xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB

İlham Əliyev Səudiyyə Ərəbistanının xarici işlər nazirini qəbul etdi - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edib.
KONKRET.az xəbər verir ki, qonağı salamlayan Prezident İlham Əliyev deyib:
-Sizi görməyə şadam, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, səfəriniz məhsuldar olacaq.
Nazir Feysal bin Fərhan Al Səud deyib:
-Çox sağ olun, Zati-aliləri, bizi qəbul etmək üçün vaxt ayırdığınıza görə təşəkkür edirəm. Azərbaycanda səfərdə olmaq böyük şərəfdir və Zati-alinizlə görüşmək böyük məmnuniyyət doğurur. İcazə verin, İki Müqəddəs Ocağın Xadimi, Kral Əlahəzrətin və Vəliəhdin Sizə və Azərbaycan xalqına səmimi salamlarını çatdırım. Bizi bu səhər qəbul etdiyiniz üçün bir daha sağ olun.
Prezident İlham Əliyev: Sağ olun. Xahiş edirəm, mənim də salamlarımı Kral Əlahəzrətə və Vəliəhdə çatdırasınız. Mənim qardaş ölkənizə səfərim, Kral Əlahəzrəti və Vəliəhdlə müzakirələr aparmağımla bağlı çox yaxşı xatirələrim var. Əminəm ki, sizin səfəriniz artıq mümkün olan ən yüksək səviyyəyə çatmış münasibətlərimizin daha da inkişafında çox vacib rol oynayacaq. Biz ölkələrimiz arasında mövcud olan bu səmimi münasibətlərə böyük dəyər veririk. Biz hər zaman hökumətinizin və xalqınızın dəstəyini hiss etmişik. İşğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, bizim haqlı işimizə davamlı dəstək verirdi. Bunun bariz nümunəsi işğal dövründə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik münasibətlər qurmaması idi. Bu addımı isə dünyada yalnız üç ölkə atıb və biz buna görə həqiqətən də minnətdarıq.
İndi isə torpaqlarımızı işğaldan azad etdikdən sonra biz irimiqyaslı yenidənqurma proqramı həyata keçiririk və qardaş ölkələrin şirkətlərini tərəfdaşımız olaraq görmək istəyirik. Eyni zamanda, ilin əvvəli də çox yaddaqalan olub – ölkənizdən olan şirkət tərəfindən maliyyələşdirilən böyük elektrik enerjisi stansiyası layihəsinə start verilib. Həmin layihə ilin əvvəli üçün yaxşı start idi və layihə uğurla gedir. Bu yaxınlarda hökumətinizin bir sıra üzvləri ilə görüşüm oldu və mənə layihənin gedişi ilə bağlı məlumat verildi.
Yəni, əlaqələrimiz siyasi və iqtisadi sahələrdə inkişaf edir. Əminəm ki, ölkəmizə daha çox turist gələcək. Çünki COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və vəziyyət əvvəlkinə qayıdıb. Əlbəttə, qardaş ölkələrimiz arasında mədəniyyət sahəsində də əlaqələr uğurla inkişaf edir. Biz bir-birimizə çox yaxınıq. Bizim vətəndaşlar Səudiyyə Ərəbistanına səfər edir, sizin vətəndaşlar Azərbaycana gəlir və bunu aydın şəkildə görürlər.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq münasibətlərimizin daha bir vacib hissəsidir. Biz BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində göstərilən dəstəyə görə minnətdarıq. Biz bu təsisatlarda uğurla əməkdaşlıq edirik. Əminəm ki, səfəriniz zamanı həmkarlarınızla məsləhətləşmələr çərçivəsində əlaqələrimizi daha da gücləndirmək üçün hansı istiqamətdə irəli gedəcəyimiz müəyyən ediləcək. Bir daha xoş gəlmisiniz.
Nazir Feysal bin Fərhan Al Səud: Təşəkkür edirəm, Zati-aliləri. Həqiqətən də ölkələrimiz arasında dostluq münasibətləri olduqca güclüdür və biz qardaşıq. Biz onilliklər ərzində yaxından əməkdaşlıq etmişik və bir-birimizin yanında olmuşuq. Bu, ölkəmizin rəhbərliyinin mövqeyidir.
Zati-aliləri, mövcud olan güclü dostluq əsasında görülə biləcək işlərimiz çoxdur və potensialımız daha böyükdür. Sizin rəhbərliyiniz və təlimatlarınız əsasında son bir neçə ayda biz bir sıra iqtisadi məsələlərdə irəliləyişə nail olmuşuq. Çünki siyasi səviyyədə və xalqlarımız arasında güclü əlaqələrə baxmayaraq, iqtisadiyyat sahəsində görüləcək işlər çoxdur. Ticarət dövriyyəmiz aşağıdır və qarşılıqlı sərmayə qoyuluşu da hər iki ölkənin iqtisadi potensialına uyğun deyil. Zati-aliləri, son iki ildə Azərbaycanda ciddi iqtisadi artım olub və ölkəniz Səudiyyə Ərəbistanı Krallığı kimi böyük uğurlara imza atıb. Biz Səudiyyə Ərəbistanında inanırıq ki, mövcud olan qardaşlıq münasibətlərimizin təməli üzərində daha güclü əməkdaşlığın qurulması üçün böyük imkanlar var.
***
10:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xəbərlər     Tarix: 04 oktyabr 2022

Oxşar xəbərlər

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza


iqtisadi xeberler biznes qurmaq bitkoin biznes xeberleri bitkoin qiymeti