İlham Əliyev Tatarıstan Prezidentini qəbul etdi - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
KONKRET.az xəbər verir ki, Rüstəm Minnixanov Azərbaycana böyük nümayəndə heyəti ilə səfər etdiyini vurğuladı. O, nümayəndə heyətinin tərkibində çoxsaylı şirkətlərin təmsilçilərinin də olduğunu diqqətə çatdırdı, Rusiyanın regionları ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsində Tatarıstanın da ölkəmizlə əlaqələrinin inkişaf etdiyini məmnunluqla bildirdi.
Bakının gözəlliyindən məmnunluğunu bildirən Rüstəm Minnixanov ölkəmizin sürətli inkişafını qeyd edərək Azərbaycanın sənaye potensialının artırılması istiqamətində görülən işləri vurğuladı.
Dövlətimizin başçısı qeyd etdi ki, iki ölkənin prezidentləri arasındakı dialoq əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdirilməsi üçün əsas istiqamətləndirici amildir. Azərbaycan Prezidenti cari il ərzində yüksəksəviyyəli qarşılıqlı səfərlərin önəminə toxundu, özünün Rusiyaya səfərlərinin, iki ölkənin qanunverici orqanları və hökumətləri səviyyəsində səfərlərin əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında münasibətlərin inkişafında regionlararası təmasların vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev bu xüsusda Azərbaycan ilə Tatarıstan arasında əlaqələrin hərtərəfli inkişafını qeyd etdi.
Görüşdə "KamAZ"ın Azərbaycanda istehsalı məmnunluqla vurğulandı, bu xüsusda işğaldan azad edilmiş Cəbrayılda ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Araz vadisi sənaye zonasında "KamAZ" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlinin qoyulmasının önəmi qeyd olundu.
Görüşdə Azərbaycanda və Tatarıstanda fəaliyyət göstərən sənaye zonaları arasında əməkdaşlığa toxunuldu, bu məsələlərin Bakıda keçirilən biznes forumda daha geniş müzakirə ediləcəyi bildirildi.
Söhbət zamanı Azərbaycan-Rusiya hərtərəfli əlaqələri çərçivəsində Azərbaycan ilə Tatarıstan arasında da energetika, neft-kimya, sərmayələr, nəqliyyat, logistika, sənaye korporasiyaları, humanitar, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı.
***
10:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznesə aid ən yaxşı 10 kitab
İnvestisiyanın necə cəlb etmək olar?
1000 manatla hansı biznesi qurmaq olar?
Hazır bizneslərdə ən çox edilən 5 səhv