IMF: Azərbaycanın bank sektorunun maliyyə dayanıqlığı güclüdür, amma müəyyən risklər qalır

IMF: Azərbaycanın bank sektorunun maliyyə dayanıqlığı güclüdür, amma müəyyən risklər qalırAzərbaycanda bank sektorunun maliyyə dayanıqlığı göstəriciləri güclü olaraq qalır, lakin bəzi zəifliklər də mövcuddur.
Bu barədə qiymətləndirmə Beynəlxalq Valyuta Fondunun (IMF) nizamnaməsinin IV maddəsi çərçivəsində 2025-ci il üzrə yekun bəyanatında bildirilib.
Bəyanatda qeyd olunur ki, bank sektoru ümumilikdə dayanıqlı və yetərincə kapitallaşdırılmış vəziyyətdədir: "Xüsusilə, IMF tərəfindən aparılan stress-testlərin nəticələrinə əsasən, banklar həm əsas (adi), həm də mənfi (böhran) ssenarilərində öz maliyyə mövqelərini qorumağı bacarır. Lakin bəzi banklar zəif kapital ehtiyatlarına malik olduqları üçün mənfi ssenaridə tənzimləyici minimum tələbləri poza bilərlər".
Dollarlaşma və iri depozitlər potensial risk mənbəyidir
IMF bildirib ki, Azərbaycan iqtisadiyyatında karbohidrogen sektorunun payı yüksək olduğundan, bankların depozit portfellərində iri həcmli korporativ depozitlərin çəkisi böyükdür. Bu cür depozitlər, xüsusilə də böyük şirkətlərdən gələn və iqtisadi şoklara həssas olan depozitlər, bank sistemində likvidlik riski yarada bilər.
Eyni zamanda, maliyyə dollarlaşması (yəni əhalinin və bizneslərin dollarla əmanət və kreditə üstünlük verməsi) son illərdə azalsa da, hələ də yüksək olaraq qalır. Bu isə valyuta məzənnəsindəki dəyişikliklərə qarşı bank sisteminin həssaslığını artırır.
İstehlak kreditlərinin sürətli artımı da risk yaradır
Bundan əlavə, IMF ekspertləri bildirir ki, təminatsız istehlak kreditlərinin son dövrlərdə sürətli artması dövrü (tsiklik) maliyyə risklərini artırır. Bu, xüsusilə iqtisadi artımın zəiflədiyi dövrlərdə əhalinin borc ödəniş qabiliyyətinə mənfi təsir göstərə bilər. / banker.az

Banklar     Tarix: 09 aprel 2025

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler online pul qazanmaq bitkoin qiymeti internetden pul qazanmaq investisiya