AYİB Şəkiyə 89 milyon avro ayırmağı planlaşdırır
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Şəki şəhərində və ətraf kəndlərdə su təchizatı, kanalizasiya və yağış sularının axıdılması şəbəkələrinin, həmçinin çirkab suların təmizlənməsi stansiyasında bioloji təmizləyici qurğuların tikintisi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) 89 milyon avro məbləğində kredit verilməsi imkanını araşdırır.
Layihə Şəki və qonşu yaşayış məntəqələrində – Oxud, Kiş və Qoxmuqda etibarlı su təchizatı və tullantı su şəbəkəsini təmin edən müasir və davamlı infrastrukturun yaradılmasına, həmçinin daşqınlardan müdafiə üçün yağış suları sistemlərinin genişləndirilməsinə yönəlib.
"Layihənin təmizlənməmiş çirkab sularından yaranan çirklənməni və emissiyaları azaltmaq, səth sularının keyfiyyətini yaxşılaşdırmaq və iqlim risklərinə qarşı dayanıqlığı artırmaqla ətraf mühitə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyi gözlənilir", – deyə bankın məlumatında qeyd olunur.
Bu layihənin həyata keçirilməsi "yaşıl keçid"in təşviqində mühüm addım olacaq, çünki su itkisini azaltmağa, enerji səmərəliliyini artırmağa və çirkab sularının lazımi şəkildə təmizlənməsini təmin etməyə imkan verəcək.
Bundan əlavə, təşəbbüs "inklüziv keçid" komponenti – su sektorunun mütəxəssisləri üçün təlim və ixtisasartırma proqramının hazırlanmasını əhatə edir. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Biznes plan necə yazılır?
Fond birjası nədir?
Dünyanın ən bahalı restoranları
IBAN nədir?
İnstaqramda biznes qurmağın yolları