"Baku Steel Art" 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb - FOTOLAR

Bakıda  genişmiqyaslı mədəni festival olan Fly to Baku. Art Weekend. Sense the Future NOW" çərçivəsində keçirilən "Baku Steel Art" 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb.
"Baku Steel Company" QSC və "QGallery" tərəfindən birgə təşkil olunan simpozium Azərbaycan, Pakistan, Türkiyə, Rumıniya, Almaniya, Serbiya, İran və Özbəkistan daxil olmaqla, 8 ölkədən 14 sənətkarı yaradıcılıq dialoqu məkanında birləşdirir. Bu beynəlxalq layihə metallurgiya ilə incəsənətin qarşılıqlı əlaqəsini nümayiş etdirərək ətraf mühitə qarşı məsuliyyətli münasibətə ruhlandırır və dayanıqlı inkişaf ideyalarını təşviq edir. Simpozium ekoloji məsuliyyətin artan əhəmiyyətini vurğulayır və qlobal ekoloji çağırışlar kontekstində bədii təxəyyül ilə sənaye innovasiyaları arasında yeni baxış bucağı açır.
Bir neçə gün ərzində iştirakçılar metalı ifadəli sənət əsərlərinə transformasiya edərək, ekoloji davamlılıq, materialların təkrar emalı və texnologiya ilə yaradıcılıq arasında dialoq kimi müasir dövrün əsas mövzularını əks etdirən monumental instalyasiyalar, incə kompozisiyalar və konseptual obyektlər yaradırlar. Metal cilalanmasının səsində və qaynaq alovlarının qığılcımında metal poetik bir ölçü qazanır -  ilhamlandıran, təsirləndirən və düşündürən bir ifadə vasitəsinə çevrilir. Simpozium başa çatdıqdan sonra əsərlər Bakı Bulvarının (daha ətraflı festivalın saytında) açıq hava sərgi məkanlarında nümayiş etdiriləcək, bu da tamaşaçılara şəhərin mərkəzində sənətkarlıq, texnologiya və incəsənətin vəhdətindən yaranan ab-havaya qərq olmağa imkan verəcək.
"Fly to Baku. Art Weekend" festivalının bir hissəsi olan simpozium, 31 oktyabr - 2 noyabr tarixləri arasında keçirilir və Bakının ən simvolik məkanlarında 40-dan çox sərgi, performans və maarifləndirici təşəbbüsləri birləşdirəcək çoxsahəli mədəni proqramın mühüm elementidir.
Qeyd edək ki, ötən il 17-30 sentyabr 2024-cü il tarixləri arasında Bakıda regionda ilk dəfə beynəlxalq metal simpoziumu – "Baku Steel Art 2024" baş tutmuşdu. Simpoziuma Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Hindistan və Bolqarıstan daxil olmaqla, 7 ölkədən 12 sənətkar qatılmışdı.
Təşkilatçılar haqqında:
• Baku Steel Company - Qafqaz regionunun aparıcı metallurgiya müəssisəsi olub, innovativ texnologiyaları, ekoloji məsuliyyət və sənaye ilə incəsənət arasında əməkdaşlığı təşviq edən layihələrə dəstəyi ilə tanınır.
• QGallery - 1999-cu ildə Bakıda təsis edilmiş, həm tanınmış ustadları, həm də gənc rəssamları təmsil edərək yerli və beynəlxalq incəsənət səhnələrini birləşdirən Azərbaycanın müasir incəsənət sahəsində ən nüfuzlu platformalarından biridir.
Festivalın konteksti:
Fly to Baku. Art Weekend. Sense the Future NOW - Bakını yaradıcılıq, irs və ekoloji düşüncənin canlı kətanına çevirən beynəlxalq incəsənət və mədəniyyət festivalıdır. Su metaforasından və Xəzər dənizinin obrazından ilhamlanan festival yaddaş və təxəyyülü, ənənə və müasirliyi, təbiət və innovasiyanı, incəsənət və gələcəyi birləşdirir. / fed.az

Biznes     Tarix: 27 oktyabr 2025

Oxşar xəbərlər

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək


iqtisadi xeberler bitkoin biznes krediti emlak xeberleri iqtisadiyyat xeberleri