İngiltərə Bankından 1989-cu ildən bəri ən böyük faiz artımı
İngiltərə Mərkəzi Bankı faizini 0,75 bənd artıraraq 2,25%-dən 3%-ə qaldırıb. Beləliklə, bank son 33 ildə ən böyük sürətdə faiz artırıb.
Proqnoz da faiz dərəcəsinin 0,75 bənd artırılacağı istiqamətində idi.
Bank açıqlamasında, gələcək faiz artımları ilə bağlı "ehtimal ki, bazarların nəzərdə tutulduğundan daha aşağı olacaq" ifadəsini istifadə edib.
Bank ardıcıl 8-ci dəfə faiz artırıb. İngiltərə Mərkəzi Bankı ölkə iqtisadiyyatının tənəzzülə girə biləcəyi proqnozunu verib.
Açıqlamada deyilir ki, inflyasiya davamlı şəkildə hədəfə qayıdana qədər faiz artırmaq tələb oluna bilər. Həmçinin BOE İngiltərə iqtisadiyyatının çox çətin bir vəziyyətlə üzləşdiyi barədə xəbərdarlıq edib. Faizlərin artması iqtisadi aktivliyə mənfi təsir edir.
Sentyabrda ölkədə inflyasiya 10,1 faizə yüksəlmişdi.
Qərardan sonra Sterlinq dollar qarşısında 2 həftənin minimumuna düşüb.
İngiltərə Bankı 3-cü rübdə İngiltərə iqtisadiyyatının 0,5% kiçiləcəyini gözləyir. / marja.az
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd