İnsanabənzər robotlar kosmosda çalışacaq
Boyu 188 santimetr və çəkisi 136 kiloqram olan NASA-nın insanabənzər "Valkyrie" robotları tezliklə kosmosda fəaliyyət göstərəcək.
Skandinaviya mifologiyasındakı qadın fiqurunun adını daşıyan və Texas ştatının Hyuston şəhərindəki Conson Kosmik Mərkəzində sınaqdan keçirilən "Valkyrie" NASA-nın məlumatına görə, təbii fəlakətlərin vurduğu ərazilər kimi "deqradasiya edilmiş və ya zədələnmiş insan mühəndisliyi mühitlərində" işləmək üçün nəzərdə tutulub. Amma bu robotlar gələcəkdə kosmosda da işləyə bilər.
Mühəndislər hesab edirlər ki, düzgün proqram təminatı ilə insanabənzər robotlar nəhayət insanlar kimi fəaliyyət göstərə, eyni alət və avadanlıqlardan istifadə edə biləcəklər. NASA-nın Çevik Robotlar Qrupunun rəhbəri Şaun Əzimi deyib ki, kosmosdakı insanabənzər robotlar potensial olaraq günəş panellərini təmizləmək və ya kosmik gəminin xaricində nasaz işləyən avadanlıqları yoxlamaq kimi riskli vəzifələri yerinə yetirə bilər, astronavtlar isə kəşfiyyat və yeni tədqiqatlarla məşğul olmağa daha çox imkan əldə edəcəklər. O əlavə edib: "Biz insan ekipajlarını əvəz etməyə çalışmırıq, sadəcə olaraq, onların diqqətini daha yüksək səviyyəli fəaliyyətlərə yönəltmək üçün darıxdırıcı, çirkli və təhlükəli işləri robotlara həvalə etmək istəyirik".
NASA yerüstü məqsədlər üçün hazırlanmış insanabənzər robotların kosmos üçün nəzərdə tutulan gələcək insanabənzər robotlara necə fayda verə biləcəyini öyrənmək üçün Texas ştatının "Austin" və "Apptronik" kimi robot şirkətləri ilə əməkdaşlıq edir. Sonuncu kompaniya insanabənzər robot olan "Apollon"u inkişaf etdirir. Şirkət 2025-ci ilin əvvəlində insanabənzər robotları NASA-ya təhvil verəcək.
"Apptronik"in mütəxəssisi Nik Peyn "Apollon" robotunun insanlarla müqayisədə daha dözümlü olduğunu bildirib: "Biz bu sistemin gündə 22 saat onlayn olmasını hədəfləyirik. Onun dəyişdirilə bilən batareyası var, ona görə də siz dörd saat işləyə, batareyanı dəyişdirə və dərhal işə davam edə bilərsiniz." / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Onlayn biznes ideyaları
Necə Bitcoin almaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Elon Musk kimdir?