İnvestisiyanın dövlət tərəfindən alınmasına görə kompensasiya - ÖDƏNİLƏNƏCƏK

İnvestisiyanın dövlət tərəfindən alınmasına görə kompensasiya - ÖDƏNİLƏNƏCƏKMilli Məclis "İnvestisiya fəaliyyəti haqqında" yeni qanun layihəsini qəbul edib.
FED.az xəbər verir ki, layihə parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, Azərbaycanda investisiyanın dövlət tərəfindən alınmasına görə kompensasiya ödəniləcək. Belə ki, layihədə qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində investisiya yalnız dövlət ehtiyacları üçün, habelə Mülki Məcəllədə nəzərdə tutulan digər hallarda bu Qanuna uyğun olaraq milliləşdirilə və dövlət tərəfindən alına bilər. İnvestisiyanın milliləşdirilməsi və dövlət tərəfindən alınması zamanı ayrıseçkiliyə yol verilmir.
Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınması əvəzində investorlara "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna uyğun olaraq bu qanun nəzərə alınmaqla kompensasiya ödənilir.
Qeyd edilib ki, bu qanuna uyğun olaraq ödəniləcək kompensasiya investisiyanın milliləşdirilməsi və ya dövlət tərəfindən alınmasından və ya bunların ictimaiyyətə məlum olmasından (hansı daha tez baş verərsə) bilavasitə əvvəlki vaxtda investisiyanın ədalətli bazar dəyərinə uyğun olur və gecikdirilmədən xarici investisiya üçün sərbəst dönərli valyutada, yerli investisiya üçün isə investisiyanın qoyulduğu valyutada ödənilir.
Layihəyə əsasən, dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin qanunsuz qərarları (inzibati aktları) və hərəkətləri (hərəkətsizliyi) nəticəsində investorlara dəyən zərərin əvəzi, o cümlədən əldən çıxmış fayda Azərbaycan Respublikası və ya müvafiq yerli özünüidarəetmə orqanı tərəfindən ödəniləcək.
İnvestisiya fəaliyyəti investorun öz qərarı ilə və ya Azərbaycan Respublikasının qanunlarına, habelə investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin şərtlərinə uyğun olaraq dayandırılacaq. İnvestisiya fəaliyyətinə investorun özünün və ya məhkəmənin qərarı ilə, habelə investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin şərtlərinə uyğun olaraq xitam veriləcək.
Bundan əlavə, investisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsinin əsas prinsipləri də müəyyənləşib.
Sənəddə qeyd olunub ki, investisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
1. Mülkiyyətin toxunulmazlığı;
2. Qanunçuluq;
3. İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunması və təmin edilməsi;
4. Konfidensial məlumatların qorunması.
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub. (Qafqazinfo)

İnvestisiya     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Azərbaycanda yeni investisiya şirkəti yaradılıb

"CİB Kapital İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatına alınıb. Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb.  biznes və maliyyə xəbərləri portal xəbər veri

Qeyri-rezidentlər üçün yeni güzəşt tətbiq ediləcək

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN

Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli Forum iştirakçıları!. Sizi 2-ci Azərbaycan Beynəlxal

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranı

Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat məbləğində investisiya yönəldilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu götərici ötən ilin müvafiq dövrü il

Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb

Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və yerli istehsalın artırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədə

Macarıstan Azərbaycana investisiya qoyuluşunu 3 dəfəyədək azaldıb

2025-ci ildə Macarıstandan 366 milyon 443 min dollar investisiya cəlb olunub. Gürcüstandan Azərbaycana yatırımlar 3 dəfəyədək artıb. bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Bu, 2024-cü illə müqayisədə 652 milyon 20

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

25–26 sentyabr tarixlərində Bakıda Azərbaycan  Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. xəbər verir ki, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaları

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - FOTOLAR 

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – "AIIF 2026") öz işinə başlayır. biznes və maliyyə xəbərlər


iqtisadi xeberler kripto bank faizleri investisiya rubl mezenne