iPhone-u oğurluqdan qorumaq üçün yeni funksiya
Dekabrın 11-də "Apple" iOS 17.2-nin stabil versiyasını, iOS 17.3-ün isə beta versiyasını təqdim edib. Əməliyyat sisteminin son yeniləməsində olan ən vacib funksiya oğurluğun qarşısını almağa yönəlir.
Yeni funksiya "Stolen Device Protection" adlanır və iPhone kənar şəxslər tərəfindən idarə olunduqda avtomatik aktivləşir. "Stolen Device Protection" nə edir?
Oğurlanma rejimi deaktiv edildikdə, "Apple Pay" istifadə edildikdə, smartfonda olan bütün məlumatları silməyə cəhd etdikdə və "Apple Card" yaradıldıqda, məcburi qaydada Face ID və ya Touch ID-ni işə salır.
Bir saat müddətində "Lokator"u söndürmək, Apple ID, Face ID, Touch ID və ya parolu dəyişdirmək əməliyyatlarını gecikdirir. Smartfon tanış yerdə (evdə, sahibinin ofisində və s.) olarsa, bir saatlıq gecikdirmə tətbiq edilmir.
"Stolen Device Protection" funksiyasını aktivləşdirmək üçün "Parametrlər" > "Face ID və parol" > "Oğurlanmış cihazın mühafizəsi" bölməsinə keçməlisiniz. / banker.az
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind