İran XİN başçısı: "Yeni nəsil sentrifuqaların qazlaşdırılması sanksiyalara cavab idi"
"Yeni nəsil sentrifuqaların qazlaşdırılması ABŞ-ın yeni sanksiyalarına cavab idi".
Bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian jurnalistlərə açıqlamasında deyib.
O, ötən həftələrdə danışıqların yeni mərhələsinə hazırlaşarkən Amerika tərəfinin qəfildən Beynəlxalq Atom Enerjisi Agentliyində danışıqlar masasında xal qazanmaq məqsədi ilə qətnamə təklif etdiyini bildirərək bunları deyib: "Biz təəccübləndik ki, eyni vaxtda və bu günlərdə dəfələrlə, Amerikanın yaxşı niyyətləri və razılaşmaya qayıtmaqda ciddi olması barədə vasitəçilər vasitəsilə Co Baydendən davamlı mesajlar alırıq. Bu həftə Aİ koordinatoru bir təşəbbüslə çıxış etdi və bütün danışıqlar tərəflərinə mətn göndərdi. Biz bu mətni nəzərdən keçiririk. Dünən ABŞ-ın yeni qətnamə çıxarmasının şahidi olduq. Bu məntiqsiz tədbirlər, Trampın sanksiyaları kimi səmərəsiz sanksiyalar, çılğınlıq iflasa uğrayıb. Amerikanın bu hərəkətinə cavab olaraq, İran qəbul edilmiş qərar əsasında dünən gecədən etibarən yüzlərlə yeni nəsil sentrifuqanın qazlaşdırılması ilə bağlı hərəkətə keçdi".
Qeyd edək ki, İran uranı zənginləşdirmək üçün yüzlərlə yeni sentrifuqaya qazın vurulmasına göstəriş verib.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Digital Card nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyanın əh bahalı brendləri - TOP-10