İrandan Türkiyəyə qaz ixracı azalıb
Bu il yanvarın 1-dən Gürbulak-Ağrı giriş nöqtəsindən Türkiyəyə İran təbii qazının nəqli 70 % azalıb.
Bu barədə Türkiyənin Boru Xətləri ilə Neft Nəqli Anonim Şirkəti (BOTAŞ) məlumat yayıb.
Bildirilir ki, azalmaya səbəb İranın qazötürücü sistemində yaranan nasazlıqdır.
"Problemin qısa müddətdə aradan qaldırılması üçün iranlı həmkarlarımızla əlaqə saxlanılıb və məsələni diqqətdə saxlayırıq. Bunun ölkədə təbi qaz istehlakına mənfi təsir etməməsi üçün lazımi tədbirlər görülüb, əlavə qaz tələbatımız qaz anbarlarından qarşılanılır", – şirkətin məlumatında deyilir.
Xatırladaq ki, ötən ilin yanvarında İran tərəfində qazötürücü sistemində yaranan texniki problemlər səbəbindən Türkiyəyə qazın nəqli 10 gün müddətinə dayandırılmışdı.
İran Tengiz-Ankara qaz kəməri ilə Türkiyəyə ildə orta hesabla 10 milyard kubmetr qaz tədarük edir. 2021-ci ildə İran qazının Türkiyənin enerji balansında payı 16 %-ə yaxın olub.
2022-ci ilin oktyabrında İran və Türkiyə bir sıra yeni qaz ixracı razılaşmaları əldə ediblər. Razılaşmaya əsasən, mövcud istehsal güclərinin inkişafı yolu ilə İran qazının tədarükünün daha da artırılması mümkün olacaq. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Biznes nədir?
SWIFT nədir?
İKEA şirkətinin tarixi
SMM nə deməkdir?
Dünyanın ən varlı 10 müğənnisi