İraq Türkiyədəki səfirini geri çağırıb

İraq Türkiyədəki səfirini geri çağırıbRəsmi Bağdad İraqın Duhokun dağlıq ərazisində baş verən hadisə ilə əlaqədar Türkiyədəki səfiri Hişam Ali Akbar İbrahim Al-Alauyu geri çağırıb.
Məlumatı "Amerikanın səsi" yayıb.
Bildirilib ki, Türkiyə ərazisindən açılan artilleriya atəşi nəticəsində 8 nəfər ölüb, 23 nəfər yaralanıb.
"TRT Haber"in xəbərinə görə, Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalında mülki sakinlərin öldüyü hücumu PKK/YPG-PYD terror qruplaşmasının törətdiyini açıqlayıb. Qeyd olunub ki, PKK-nı təbliğ edən KİV Türkiyə Silahllı Qüvvələrin Duhokda keçirdiyi əməliyyat nəticəsində mülki şəxslərin öldüyünə dair yalan informasiya yayıb: "Terror qruplaşması mülki şəxsləri hədəfə alaraq bölgədəki kəndlərə, tarla və bağçalara hücum edir. Bəhs edilən hadisədə terrorçular tərəfindən törədilib".
Rəsmi Ankara hadisənin araşdırılması üçün bütün imkanlardan istifadə ediləcəyini açıqlayıb. Türkiyənin Xarici İşlər Nazirliyi cinayəti törədənləri tapmaq üçün İraqı əməkdaşlığa çağırıb. Rəsmi Bağdad məsləhət üçün Türkiyədəki səfiri Hişam Ali Akbar İbrahim Al-Alauyu İraqa çağırıb.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçu PKK/YPG-PYD, İŞİD qruplaşmasına qarşı antiterror əməliyyat keçirir. İraqın bu bölgəsi kürd muxtar bölgəsidir. PKK qruplaşması diqqəti üzərindən yayındırmaq məqsədilə regiondakı mülki şəxslərə hücum edir.

Xəbərlər     Tarix: 21 iyul 2022

Oxşar xəbərlər

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət


iqtisadi xeberler dollar manat kursu bank faizleri bitcoin 1000 manatla biznes