"İrəliləyİş" layihəsi çərçivəsində təcrübə proqramına start verir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi "İrəliləyİş" layihəsi çərçivəsində işsiz gənclərə dəstək olmaq məqsədilə təcrübə proqramına start verir.
azxeber.com xəbər verir ki, təcrübə proqramında təhsilini son 3 ildə tamamlayan məzunlar və hazırda magistr pilləsində təhsil alan, analitik düşünmə bacarığına malik, operativ və məsuliyyətli gənclər iştirak edə bilərlər.
Proqrama qəbul mərhələli şəkildə aparılacaq. Namizədlər təcrübə keçmək istədikləri sahənin və ya regionun adını qeyd etməklə [email protected] ünvanına CV-lərini göndərə bilərlər.
Namizədlər üçün tələblər:
•Ali təhsil (yeni məzun olmuş və ya magistr tələbələri);
•Microsoft Office proqramları üzrə biliklər;
•Araşdırma və analitik düşünmə bacarığı;
•Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
Proqram sizə nələr qazandıracaq:
•Yumşaq bacarıqlarınızı və texniki biliklərinizi inkişaf etdirmək üçün praktiki iş təcrübəsi;
•Yüksək səviyyəli mentorlarla ünsiyyətdə olmaq və onlardan iş prinsiplərini öyrənmək;
•Real korporativ mühitdə çalışmaq imkanı;
•Güclü komandanın bir hissəsi olaraq yeniliklərə imza atmaq;
•Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübə qazanmaq;
•Təcrübə proqramının sonunda təşəkkürnamə və ya sertifikatla təltif olunmaq;
•Təcrübə proqramını uğurla bitirən təcrübəçilərin komandamıza qoşulmaq şansı.
Təcrübə proqramı ödənişsiz əsaslarla nəzərdə tutulmuşdur.
Son müraciət tarixi: 15.09.2022
Müraciət edən şəxslər ilk olaraq test mərhələsinə, daha sonra isə müsahibəyə cəlb olunacaqlar. Hər iki mərhələni uğurla başa vuran gənclər daha sonra Agentlikdə 3 aylıq təcrübə proqramında iştirak edəcəklər.
Biliklərinizi təcrübədə kəşf edin.

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Onlayn biznes ideyaları
Françayzinq nədir və necə olur?
ZARA-nın uğur hekayəsi
Startup nədir və necə olur?
İnstaqramda biznes qurmağın yolları