"İsser Group" şirkəti haqqında yayılan məlumatlar - TƏSDİQİNİ TAPMAYIB – TƏKZİB

Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkəti "İsser Group Endüstriyel Servis Hizmetleri Sanayi ve Ticaret Anonim" şirkəti və onun Azərbaycandakı filialının fəaliyyəti ilə bağlı yayılmış neqativ məlumatlar təsdiqini tapmayıb.
FED.az xəbər verir ki, 20.12.2022-ci il tarixində "Büdcədən 264 min israf edib tenderi özlərinə yaxın şirkətə verdilər" başlığı ilə yayımlanan məqalədə həqiqiliyi araşdırılmamış məlumatlar əks etdirilmişdir.
Məqalədə "Rapid Service" MMC-nin rəhbəri Elnur Nəcəfovun məlumatına əsasən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti tərəfindən qanunsuz tender keçirildiyi, Xidmətin "özünə yaxın olan" iştirakçını, yəni "İsser Group Endüstriyel Servis Hizmetleri Sanayi ve Ticaret Anonim" şirkətinin Azərbaycandakı filialını müəmmalı şəkildə qalib elan etdiyi qeyd edilmişdir.
Məlumatlarda "İsser Group"un sanki qanundan kənar əlaqələr əsasında fəaliyyət göstərən şirkət olduğu qələmə verilmiş, beləliklə şirkətin işgüzar nüfuzuna xələl gətirilmişdir.
Bununla yanaşı, "İsser Group Endüstriyel Servis Hizmetleri Sanayi ve Ticaret Anonim" şirkətindən FED.az-a verilən məlumata görə, "İsser Group" Türkiyə Cümhuriyyətinin "suyun idarə edilməsi sistemlərinin layihələndirilməsi, su qurğularının təmini və texniki servisi, nasosxana və boru xətləri" sahəsində keyfiyyətli xidmət göstərən nüfuzlu şirkətlərindəndir. Şirkətin Azərbaycandakı filialı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərir, fəaliyyətində hər zaman dürüstlük prinsipini ön planda tutur və heç bir qurumla qanunsuz hər hansı münasibətdə olmayıb. Bu baxımdan "Rapid Service" MMC-nin rəhbəri Elnur Nəcəfovun şirkət barəsində bildirdikləri həqiqəti əks etdirmir.
Buna baxmayaraq, yayılmış məlumatlarda "İsser Group" barədə şirkətin işgüzar nüfuzuna xələl gətirə bilən informasiyalar yer alıb, qarşı tərəfin mövqeyinə isə yer verilməmişdir.
Məqalədə qeyd edilən məlumatların qarşı tərəfin rəyi olmadan yayımlandığı və bu səbəbdən şirkət barədə ictimaiyyətdə doğru olmayan fikirlərə səbəb ola biləcəyinə görə, FED.az biznes və maliyyə xəbərləri portalı "İsser Group" şirkətindən üzr istəyir.

Biznes     Tarix: 03 mart 2023

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c


iqtisadi xeberler bu gunun xeberleri bitkoin qiymeti en son xeberler dollar mezenne