İsveç sahillərində göyərtəsində 300 nəfərin olduğu bərə YANDI
İsveç sahillərində göyərtəsində 300 nəfərin olduğu avtomobil bərəsi yanıb.
KONKRET.az xəbər verir ki, bu barədə France Presse agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, hadisə baş verən ərazidə genişmiqyaslı xilasetmə əməliyyatı aparılır.
Dəniz administrasiyasının nümayəndəsi Yonas Franzenin sözlərinə görə, avtomobilin göyərtəsində yanğın baş verib.
"Hadisə yerinə üç helikopter və yeddi gəmi göndərilib, insanların təxliyəsi başlayıb", – deyə o, nəşrə bildirib.
Eyni zamanda, həmsöhbət hadisənin İsveçin Qotska Sanden adasının sahillərində olan Stena Scandica gəmisində baş verdiyini qeyd edib.
Dəniz Administrasiyasının digər rəsmisinin sözlərinə görə, yanğın nəzarət altına alınıb. Hazırda zərərçəkənlər barədə məlumat yoxdur, yanğının səbəbi hələlik məlum deyil.
Xuraman Etibarlı,
KONKRET.az
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd