"JTI" şirkəti Azərbaycanda yeni nəsil "Ploom AURA" cihazını təqdim edir

"JTI Caucasus" şirkəti, ötən il Azərbaycanda uğurla start götürən "Ploom" tütün qızdırma sistemləri xəttinin ən yeni üzvü - "Ploom AURA" cihazının ölkədə rəsmi satışına başlanıldığını elan edir. "Ploom X Advanced" modelinin yüksək nəticələri fonunda, JTI-nin ən innovativ cihazı olan Ploom AURA Bakı şəhərindəki seçilmiş satış nöqtələrində və onlayn olaraq rəsmi www.ploom.az  vebsaytında təqdim olunacaq.
"Ötən il Azərbaycanda "Ploom X Advanced" cihazının təqdimatı ilə qızdırılan tütün kateqoriyasında innovativ bir başlanğıc etdik və qısa müddətdə istehlakçılarımızın yüksək etimadını və rəğbətini qazandıq. Bazarda əldə etdiyimiz bu böyük uğur və yaranan güclü tələbat bizə bu kateqoriyadakı varlığımızı daha da genişləndirmək üçün əla bir zəmin yaratdı. Bu gün "Ploom" ailəsinin ən son texnoloji üstünlüklərə və erqonomik dizayna sahib yeni üzvü - "Ploom AURA modelini Azərbaycan istehlakçılarına təqdim etməkdən qürur duyuruq. Bu addım JTI şirkətinin az riskli məhsullar sahəsinə, keyfiyyətə və fəaliyyət göstərdiyimiz cəmiyyətin innovativ gələcəyinə olan sadiqliyinin növbəti bariz göstəricisidir", deyə "JTI Caucasus" şirkətinin baş direktoru Tomas Adams bildirib.
Azərbaycan, Ploom markasının ən son innovasiyalarının tətbiq olunduğu strateji bazarlardan biri kimi mövqeyini möhkəmləndirməyə davam edir. Bu təqdimat, brendin Yaponiya, Polşa, İtaliya və Çexiya da daxil olmaqla, təxminən 30 bazarda əldə etdiyi davamlı inkişafın növbəti mərhələsidir. 2026-2028-ci illər ərzində JT Group dünya üzrə azaldılmış riskli məhsullara, ilk növbədə isə qızdırılan tütün məhsulları kateqoriyasına təxminən 800 milyard yapon yeni həcmində investisiya yatırmağı planlaşdırır.
Yaponiyadan Üstün Texnologiya və Erqonomik Dizayn
"loom AURA" cihazı Yaponiyanın qabaqcıl texnoloji irsini və estetikasını özündə birləşdirir. Təkmilləşdirilmiş HeatFlow texnologiyası sayəsində cihaz tütün çubuqları ilə isitmə elementi arasında birbaşa təmas yaratmadan, istiliyi hava axını vasitəsilə bərabər şəkildə paylayır. Bu isə tüstüsüz, külsüz, unikal və daha zəngin tütün təcrübəsini təmin edir.
Cihaz vizual olaraq minimalist, erqonomik və zərif dizayn xətlərinə sahibdir. Rahat istifadə üçün optimallaşdırılmış idarəetmə interfeysi və LED indikatorlar vasitəsilə batareyanın səviyyəsi, cihazın istifadəyə hazır olması və digər vacib göstəricilər istifadəçiyə aydın şəkildə ötürülür.
"Ploom Aura" cihazının əsas üstünlükləri:
Təkmilləşdirilmiş sessiyalar: Cihaz optimal temperatur rejimi, fərdiləşmiş qızdırma rejimləri və xüsusi vaxt idarəetməsi ilə hər bir sessiya zamanı stabil və zəngin dad təcrübəsi təqdim edir.
Yüksək batareya performansi və etibarlılıq: Tam şarj olunduqdan sonra batareya ardıcıl və uzunmüddətli istifadə imkanı yaradır. Müasir USB-C portu vasitəsilə sürətli enerji yığma funksiyasına malikdir.
Premium erqonomika və fərdilik: Ələ mükəmməl oturan kompakt dizaynı və müasir rəng seçimləri ilə istifadəçilərə öz fərdi üslublarını vurğulamaq imkanı verir.
Eksklüziv tütün qarışıqları: "Sobranie" markalı xüsusi tütün çubuqları unikal ActivBlend və HeatFlow texnologiyalarının sinergiyası sayəsində balanslaşdırılmış, intensiv və orijinal dad keyfiyyəti bəxş edir.
Əlavə məlumat üçün əlaqə:
JTI Azərbaycan
Korporativ Əlaqələr və Kommunikasiya
+994 512307817
[email protected]
JTI haqqında: "JT" Şirkətlər Qrupunun üzvü olan "JTI" dünyanın 130-dan çox bazarında fəaliyyət göstərən aparıcı beynəlxalq tütün şirkətidir. Şirkət "Winston" və "Camel" kimi dünya üzrə ikinci və üçüncü ən böyük siqaret markalarının sahibidir. Digər qlobal markalara "MEVIUS" və "LD" daxildir. "JTI" həmçinin "Ploom" qızdırılan tütün cihazı, "Logic" veypinq cihazı və "Nordic Spirit" nikotin yastıqları ilə Az Riskli Məhsullar kateqoriyasında güclü mövqeyə malikdir. Baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşən şirkətin 46,000-dən çox əməkdaşı var və qlobal miqyasda ardıcıl olaraq "Qlobal Ən Yaxşı İşəgötürən" ("Global Top Employer") adına layiq görülən qabaqcıl şirkətlərdəndir. Ətraflı məlumat üçün: www.jti.com. / fed.az

Biznes     Tarix: 09 iyun 2026

Oxşar xəbərlər

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler birbank iqtisadiyyat xeberleri telefonla pul qazanmaq dollar manat kursu