Kapital Bank-dan qızların təhsilinə dəstək: "Arzumuz var" sloqanı ilə təqaüd proqramına start verilir

Kapital Bank-dan qızların təhsilinə dəstək: ®Ölkənin birinci bankı Kapital Bank korporativ sosial məsuliyyət sahəsində daha bir addım ataraq həssas qrupdan olan qızların təhsilinə dəstək göstərmək məqsədilə yeni təqaüd proqramına start verib. Proqram ötən gün Kapital Bank və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanan memorandum çərçivəsində həyata keçiriləcək. 
Qızların təhsil imkanlarının artırılması, onların cəmiyyətdə sosial aktivliyinin gücləndirilməsi və gələcək inkişaflarına dəstək məqsədi daşıyan memorandumu Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova imzalayıb.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Tədbirdə çıxış edən Fərid Hüseynov Kapital Bank-ın təhsilə dəstək verərməklə bazarda ixtisaslı və peşəkar kadrların yetişdirilməsinə töhfə verdiyini vurğulayıb. O qeyd edib ki, bu kadrlar arasında qızların olması olduqca qürurvericidir: "Qızların təhsilinə dəstək ölkəmiz və region üçün vacib bir mövzudur. Biz bilirik ki, bəzi regionlarda qızların təhsilinə mane olan sosial və iqtisadi baryerlər var. Kapital Bank olaraq bu çətinliklərin öhdəsindən gəlməkdə və qızlarımızın daha güclü, müstəqil fərdlər kimi formalaşmasında həyata keçirdiyiniz layihələrdə sizin yanınızda olmaqdan məmnunuq".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da çıxışında bu əməkdaşlığın cəmiyyətin inkişafı üçün önəmini vurğulayıb: "Dövlət və özəl sektorun tərəfdaşlığı, xüsusilə qızların təhsilində bərabər imkanların yaradılmasına böyük töhfə verir. 2021-ci ildən başlayaraq qızların təhsilinə dəstək məqsədilə Komitənin həyata keçirdiyi layihələr ictimaiyyət arasında xüsusi maraq doğurur və geniş vüsət alır. İnanıram ki, bu layihə də onların gələcək uğurlarına vəsilə olacaq".
Qeyd edək ki, "Arzumuz var" sloqanı ilə həyata keçirilən təqaüd proqramı çərçivəsində ilk mərhələdə paytaxt Bakı və bölgələrdən olan 15 nəfər abituriyentə dəstək göstəriləcək. 
Kapital Bank və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında qurulan bu tərəfdaşlıq, həssas qrupdan olan abituriyent qızların təhsilinə investisiya qoyaraq, onların güclü, müstəqil və ölkənin gələcək inkişafında aparıcı rol oynayan fərdlərə çevrilməsinə imkan yaradacaq.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — .  / banker.az

Banklar     Tarix: 31 oktyabr 2024

Oxşar xəbərlər

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb

"Xalq Həyat" Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 2 milyon 145 min 318 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201 min 460 manat və ya 10,4% çoxdur. şirkəti

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c


iqtisadi xeberler en son xeberler online pul qazanmaq kicik biznes dollar manat kursu