"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"
"Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var".
KONKRET.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Ahmed Ayzaya klubun rəsmi saytına açıqlamasında deyib.
27 yaşlı yarımmüdafiəçi ev oyunlarını Gəncədə keçirə bilmədikləri üçün təəssüfləndiyini söyləyib: "Komandamız təmsil etdiyi şəhərdə, doğma meydanda oynamalıdır. Onda daha yaxşı mübarizə apara, nəticələr qazana bilərik. Çünki meydan və azarkeş amili həlledicidir".
Ayzaya oyundan-oyuna inkişaf etdiklərini bildirib: "Qəbələ"yə qarşı görüşdə "Neftçi" ilə matçdan daha yaxşı mübarizə apardıq. Amma ortada yenə məğlubiyyət var. Səhvlərdən nəticə çıxarmaq lazımdır. Hər qarşılaşmadan sonra çatışmazlıqları təhlil edirik, harada nəyi düzgün etmədiyimizi görürük. Əsas odur ki, verilən tapşırıqları yerinə yetirək".
Nigeriyalı oyunçu bu gün "Səbail"lə matçda layiqli mübarizə apararaq qələbə qazanmaq istədiklərini sözlərinə əlavə edib: "Hazırlığımız yaxşı keçib, gücümüzü meydanda göstərməliyik".
Qeyd edək ki, "Səbail" – "Kəpəz" görüşü saat 18:00-da başlayacaq.
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd