"KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi" imzalanıb
Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Kiçik və Orta Bizneslərin (KOB) yaşıl keçidinin təşviqinə və bu sahədə əməkdaşlığa dair sənədlər imzalanıb.
PMD Projects şirkətinə COP29 -da Azərbaycanda ilk - GPM 360 SERTİFİKATI TƏQDİM OLUNDU
FED.az xəbər verir ki, imzalanma mərasimi COP29-un "Mavi zona"sında baş tutub.
"KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi"ni İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Beynəlxalq Ticarət Mərkəzi (ITC - ay-ti-si) və Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidmətinin (SEBRAE) rəsmiləri imzalayıblar.
KOBİA-nın təşəbbüsü ilə hazırlanmış Bəyannamə qlobal səviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi, bu sahədə əməkdaşlığın qurulması məqsədi daşıyır. Sənəd kiçik bizneslərə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, "yaşıl maliyyə"yə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi öhdəliyini götürür.
Həmçinin, KOBİA, ITC və SEBRAE arasında "KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi"ndən irəli gələn məsələlərə, KOB-ların yaşıl keçidinin asanlaşdırılması üzrə birgə əməkdaşlığa dair sənədlər də imzalanıb (Report).

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
Onlayn biznes növləri
ZARA-nın uğur hekayəsi
Shopify-da necə satışa başlamaq olar?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Bill Qeyts kimdir?