KOBİA ötən il 290 sahibkarlıq subyektinin pozulan hüquqlarını - BƏRPA ETDİRİB

KOBİA ötən il 290 sahibkarlıq subyektinin pozulan hüquqlarını - BƏRPA ETDİRİB2022-ci ildə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA) 290 sahibkarlıq subyektinin pozulmuş hüquqlarının bərpasını təmin edib.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən "İSO 37001 : 2016 Korrupsiyaya qarşı mübarizə idarəetmə sisteminə dair" tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
O qeyd edib ki, KOBİA-nın strateji fəaliyyətinin əsas istiqamətlərindən biri ölkədə əlverişli biznes mühitinin inkişafının dəstəklənməsidir: "Davamlı anti-korrupsiya mühitinin formalaşması təkcə bizneslərin inkişafı deyil, ölkəyə xarici investisiyaların cəlb edilməsi, onun beynəlxalq səviyyədə müsbət nüfuzunun qorunması və dayanıqlı inkişafın təmin edilməsi baxımından da əhəmiyyətlidir. KOBİA bu məqsədlə müxtəlif istiqamətlərdə çoxşaxəli fəaliyyət göstərir".
"Bizneslərdə mütərəqqi korporativ idarəetmə sisteminin inkişaf etdirilməsilə bağlı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibindəki korporativ idarəetmə və ESG ilə bağlı işçi qrupuna, eləcə də altqrupa KOBİA rəhbərlik edir. Sözügedən fəaliyyət çərçivəsində mütərəqqi risk idarəetmə təcrübələrinin və sistemlərinin tətbiqinin genişləndirilməsi, bizneslərin bu sahədə məlumatlıq səviyyəsinin artırılması və potensialının gücləndirilməsi məqsədilə tədbirlər müəyyən edilərək aidiyyəti qurumlar ilə birgə icra edilir. Eyni zamanda, Korrupsiya və şəffaflıq işçi qrupu çərçivəsində antikorrupsiya, şəffaflıq, etik davranış və hesabatlılıq üzrə tədbirlərin sahibkarlıq subyektlərinə təşviq edilməsi KOBİA-ya həvalə olunub. Agentlik həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin 5-ci raund pilot qiymətləndirmə prosesində iştirak edib. Bu il də müvafiq sorğulara uyğun məlumatları təqdim etmişik", - deyə O.Məmmədov əlavə edib.
Onun sözlərinə görə, KOBİA-nın fəaliyyət istiqamətlərinin yerlərdə həyata keçirilməsinə cavabdeh olan KOB dostu mexanizmi vasitəsilə ölkə sahibkarlarında korrupsiya anlayışları barədə təsəvvürü formalaşdırmaq məqsədilə mütəmadi qaydada sorğular həyata keçirilir: "Keçirilən sorğular sahibkarların korrupsiyaya dair məlumatlılıq dərəcəsini, o cümlədən biznes mühitində anti-korrupsiya davranış qabiliyyəti səviyyəsini öyrənməyə hesablanıb. Bununla yanaşı, aparılan sorğular həmçinin, KOB subyektlərinin korrupsiya ilə əlaqəli maarifləndirməyə cəlb edilməsi üçün təlim ehtiyaclarını müəyyən etməyə əlverişli şərait yaradır.
KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən biznes mühitində şəffaflıq və anti-korrupsiya təlimləri təşkil olunur. Bu təlimlər sahibkarlara korrupsiya barədə tam və hərtərəfli biliklərin aşılanmasına zəmin yaradır. Sözügedən mexanizmi həmçinin, KOB subyektlərinin korrupsiyaya məruz qalmalarının qarşısını almağa yönəlməkdən başqa, onların öz fəaliyyətlərində bu kimi neqativ hallara yol verməmələrini təşviq edir".
"Agentlik ölkədə KOB subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak etmək səlahiyyətinə malikdir. Sahibkarların hüquqlarının pozulması ilə bağlı daxil olan şikayət xarakterli müraciətlər üzrə araşdırmalar maraqların tərəflərin iştirakı ilə aparılır, hər bir müraciətin icrasına fərdi qaydada yanaşılır. Agentliyin KOB Evləri vasitəsilə biznes subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada çatdırılması təmin edilir. Burada əsas məqsəd hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsidir. Ötən müddət ərzində KOB evlərində göstərilmiş xidmətlərin məmnunluq səviyyəsi 98% təşkil edib. Hazırda Bakı ilə yanaşı, Xaçmaz və Yevlax şəhərlərində də KOB evi fəaliyyət göstərir", - deyə O.Məmmədov qeyd edib. (Report)

Biznes     Tarix: 16 mart 2023

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c


iqtisadi xeberler bu gunun xeberleri bitkoin qiymeti en son xeberler dollar mezenne