"Kontakt" ucqar dağ kəndlərində yaşayan məktəbliləri notbuklar ilə sevindirəcək
®"Kontakt" mağazalar şəbəkəsi ənənəsinə sadiq qalaraq bu il də yeni tədris ili ərəfəsində ucqar dağ kəndlərində yaşayan məktəbliləri sevindirəcək.
Yaşayış yerindən, imkanlarından asılı olmayaraq hər kəsə bərabər təhsil imkanları arzulayan şəbəkə sentyabrın 10-dan oktyabrın 10-dək mağazalarında satılan bütün notbukların satışlarından əldə olunan gəlirlərin bir hissəsini ucqar dağ kəndlərində yaşayan məktəblilərin notbuklarla təmin olunması üçün sərf edəcək.
Aztəminatlı ailələrə sevinc daşıyacaq bu xeyriyyə aksiyasına qoşulmaq üçün siz də oktyabrın 10-dək arzuladığınız notbuku məhz "Kontakt" mağazalarından ala, məktəblilərin təhsil imkanlarının yaxşılaşdırılmasına qatqı edə bilərsiniz. Layihənin tərəfdaşı Azərbaycan Qızıl Aypara Cəmiyyətidir.
Qeyd edək ki, "Kontakt" mütəmadi olaraq öz sosial məsuliyyət layihələri ilə Azərbaycanın müxtəlif bölgələrində pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirir.
Şəbəkə layihəyə göstərdiyi dəstəyə görə: Apple, Acer, HP , Huaweı, Asus və Lenovo brendlərinə təşəkkürünü bildirir. / banker.az
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad