Kreditlə yeni avtomobillər almaq istəyənlər növbə tutmalı olacaq - Qazaxıstanda
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir
Qazaxıstanda güzəştli avtomobil kreditləri üçün müraciət proseduru dəyişdirilə bilər.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bunu sənaye və infrastrukturun inkişafı naziri Marat Karabayev deyib.
"Verilən kreditin məbləği 10 milyon tengədirsə, maşının dəyəri 15 milyon tengedən çox olmamalıdır. Bu, əhalinin sərfəli avtomobillərə sahib olmasını təmin etmək üçündür ki, bu proqramda bahalı avtomobillər olmasın. Biz bu ayın sonuna kimi dedillərimizi əks etdirən yeni proqrama başlamağa çalışacağıq", – deyə Karabayev bildirib.
Onun sözlərinə görə, bu həftə Sənayenin İnkişafı Fondu brifinq keçirəcək, burada proqramın bərpasının dəqiq tarixi açıqlanacaq.
"Burada bütövlükdə məsələ proqramın mexanizminin yenidən nəzərdən keçirilməsindən gedir. Əgər müştərilər əvvəllər avtosalonlara müraciət edirdilərsə, sonra banka gedirdilərsə, Sənayenin İnkişafı Fondu fərqli mexanizm təklif edir: Avtomobil sahibi olmaq istəyənlər əvvəlcə Sənayeyə müraciət etsinlər. İnkişaf Fondunda elektron növbə ilə avtosalonlara müraciət etmək mümkün olacaq. Belə ki, avtosalonlar onlarla razılaşdırılmış müəyyən şərtlər daxilində avtomobil verə bilsinlər", – nazir izah edib.
Yeni avtomobillərin əldə edilməsi üçün növbəliyin yaranmasını Karabayev belə əsaslandırıb ki, bu vəziyyət təkcə Qazaxıstanda deyil: "Bu, istənilən ölkədə, hətta KİA-nın istehsal olunduğu Cənubi Koreyanın özündə də belədir. Orada da əhali müəyyən yeni markalar üçün 2-2,5 il gözləməli olur".
KONKRET.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Françayzinq nədir və necə olur?
Biznesə aid ən yaxşı 10 kitab
Dünyanın ən zəngin idmançıları
ƏDV geri al və onun üstünlükləri
İban nədir?