Kriptovalyutaların qiyməti üzü aşağı gedir

Kriptovalyutaların qiyməti üzü aşağı gedirƏsas kriptovalyutalar bazar ertəsi, sentyabrın 19-da itkilərini artırıb.
Banker.az xəbər verir ki, qlobal bazarlarda əsasən mənfi – ayı bazarı tendensiyası fonunda bitkoin (Bitcoin) $19 000-dən, Ethereum isə $1 400-dən aşağı düşüb. Enişlərə səbəb ABŞ FED-nin bu həftə uçot faiz dərəcəsini minimum 75 baza bəndi artıracağı ilə əlaqəlidir.
Qlobal kriptovalyuta bazarının həcmi son 24 saat ərzində $65.56 milyard azalmaqla $933.26 milyard təşkil edib.
Dünyanın ən böyük və ən populyar virtual valyutası bitkoin 5.4 faiz ucuzlaşaraq $18 934.8-ə düşüb. Onun bazar dəyəri $373 milyard təşkil edib. Ticarət həcmi $31.6 milyard dollar olub. Bununla da rəqəmsal pul son yeddi gündə 11.5 faiz ucuzlaşıb.
İkinci ən böyük virtual valyuta olan Ethererum və ya Ether, bazar kapitalizasiyası $164.2 milyard olmaqla 10 faiz azalaraq $1 307.2-ə düşüb. Ethereum-un ticarət həcmi son 24 saat ərzində $16.3 milyard təşkil edib. Eter son yeddi gündə 23.7 faiz ucuzlaşıb.
Meme* (mem) əsaslı virtual valyuta Dogecoin $7.7 milyardlıq bazar kapitallaşması ilə 8.3 faiz aşağı düşüb. Şiba İnu 9.7 faiz, Solana isə 8.3 faiz ucuzlaşaraq $30.8 milyarda enib
*Mem (ing. meme, ru. мем) -bir nəsildən başqa nəsilə genetik olaraq deyil, imitasiya, öyrətmə yoluyla ötürülən mədəni informasiya.

Kriptovalyuta     Tarix: 19 sentyabr 2022

Oxşar xəbərlər

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə kəskin bahalaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,53% bahalaşaraq 81 039,86 ABŞ dolların

"Bitcoin"in qiyməti 86 min dollardan aşağı enib - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 0,50% azalaraq 85 578,17 AB

Visa və Mastercard-a rəqib gəlir – Kriptovalyutalar leqallaşır

Bir neçə gün əvvəl ABŞ-ın kriptovalyuta bazarında tarixi əhəmiyyəti olan hadiçə baş verib. ABŞ-ın Bank Nəzarəti İdarəsi - OCC avqustun 14-də World Liberty Trust Company üçün milli bank nizamnaməsini təsdiqləyib. FED,az bizne

Azərbaycanda maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlayır. Azərbaycanda kriptovalyuta haqqında qanun qəbul ediləcək. xəbər verir ki, bunu AMB-nin Maliyyə texnologiyaları və innovasiyala

"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. "Bitcoin"in qiyməti 78 min dollar səviyyəsinə yaxınlaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını

"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında satış təzyiqi yenidən güclənib. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin hamısı ucuzlaşıb, "Bitcoin"in qiyməti isə 76 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap"

"Bitcoin"in qiyməti yenidən - 85 min dolları ötüb

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 2,13% artaraq 85 369,3

"Bitcoin" yenidən 76 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə artım müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 0,76% bahalaşaraq 76 383,51 ABŞ dollarına yüksəlib

"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib


iqtisadi xeberler bitcoin qiymeti kicik biznes emlak xeberleri leobank kart