"Laçında tapılan minalar Birinci Dünya müharibəsinə aid ola bilər" - Erməni əsilli "ombudsman"dan gülünc açıqlama
Sentyabr ayının 7-də Avropa Parlamentində ermənipərəst mövqeyi ilə tanınan deputat Peter van Dalanın təşkilatçılığı və Belçikada fəaliyyət göstərən "Avropa-Ermənistan Ədalət və Demokratiya Fondu" adlı lobbi təşkilatının təşəbbüsü ilə "Dağlıq Qarabağdakı ermənilərin hüquqları" mövzusunda tədbir keçirilib.
KONKRET.az xəbər verir ki, tədbirdə özünü "Dağlıq Qarabağın Ombudsmanı" kimi tanıdan Geqam Stepanyan və erməni müharibə əsirlərinin Avropa İnsan Hüquqları Məhkəməsindəki qəyyumu Siranuş Sahakyan ağlasığmaz iddialarla çıxış ediblər.
Onlar Azərbaycanı dinc erməni əhaliyə hücum etməkdə günahlandırmış və bu yaxınlarda Laçında qanunsuz məskunlaşan erməni əsilli şəxslərin qovulmasını soyqırımına bərabər tutublar.
Erməni yalanlarının və şüursuzluğunun təbliğinə hesablanmış tədbir Azərbaycan tərəfindən gizli saxlanmağa çalışılsa da, Azərbaycan həqiqətlərini Avropada təbliğ edən Xəzər Avropa İnteqrasiya və Əməkdaşlıq Təşəbbüsü (CİEİP) təşkilatının fəalları tədbirə qatılaraq erməni yalanlarını ifşa etməyə nail olublar.
Belə ki, təşkilatın fəalı Səbinə Hüseynova özünü "insan hüquqları müdafiəçisi" kimi tanıdan şəxsdən tədbirdə Qarabağın azərbaycanlı əhalisinin hüquqları barədə danışılmamasının səbəbini soruşsa da, qarşı tərəf sualdan boyun qaçırmış və konkret cavab verə bilməmişdir. CİEİP üzvü, həmçinin işğaldan sonrakı dövrdə Azərbaycan dövlətinin azad edilmiş ərazilərdə gördüyü quruculuq işlərini və gələcək planlarını auditoriyanın diqqətinə çatdıraraq etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının öz vətəndaşlarına bərabər səviyyədə xidmət göstərdiyini vurğulayıb.
Daha sonra, təşkiların sədri Orxan Bəşirli Laçın rayonu ərazisinə qanunsuz köçürülmüş ermənilərin rayonu tərk edərkən meşələri və evləri yandırdığını, hətta ərazidən minaların tapıldığını bildirmiş, həmin proseslərin sülh quruculuğuna zərər vurduğunu qeyd edərək bu barədə erməni əsilli spikerlərin mövqeyini soruşub.
Deputat və erməni yalanlarının havadarı Peter van Dalan bu məqamda qəsdən suallara cavab verilməsini gözləmədən tədbiri bitirib.
Qondarma ombudsman tədbirin sonunda Orxan Bəşirliyə yaxınlaşaraq Laçındakı minaların ermənilər tərəfindən yerləşdirilməsi barədə sübutların olmadığını bəyan edərək, həmin partlayıcıların bəlkə də Birinci Dünya müharibəsi dövründə basdırıldığını deyib.
Laçında cəmi 28 illik tarixi olan xalqın bu dövr ərzində minaların mövcudluğundan xəbərsiz yaşaması cəfəngiyyatdır və çox gülünc səslənir. Beləliklə, CİEİP üzvləri erməni lobbisinin yalanlarını və böhtanlarını ifşa etməklə yanaşı Azərbaycanın haqq mövqeyini müdafiə edib.
KONKRET.az

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
BOKT İsmayıllıda filialını açır
Ən çox soruşulan müsahibə sualları hansılardır?
İKEA şirkətinin tarixi
Swift nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən varlı 10 müğənnisi