Lənkəranda türkiyəli iş adamı vəfat edib - FOTO
Lənkəranda çay fabrikinin müdiri vəfat edib.
FED.az biznes və maliyyə xəbərləri portalı "Qafqazinfo"ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı olan 1980-cı il təvəllüdlü Murad Abdulla oğlu Mutlu axşam saatlarında özünü narahat hiss etdiyi üçün rayon xəstəxanasına aparılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
M.Mutlunun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. İş adamının ölümünün səbəbi ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Qeyd edək ki, Murad Mutlu azərbaycanlı xanımla ailə həyatı qurub və iki övladı var. O, Lənkəranda fəaliyyət göstərən çay fabrikinin müdiri idi.
Faktla bağlı araşdırma aparılır.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
"Freelance" nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Kriptovalyuta nədir və necə alınır?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznesə aid ən yaxşı 10 kitab