Litva Ukraynaya zirehli transportyorlar və sursat göndərəcək
Litva yaxın vaxtlarda Ukraynaya əlavə hərbi dəstək – "M113" və "M577" zirehli transportyorları, həmçinin digər sursatlar verəcək.
Bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri Arvidas Anuşauskasın sözlərinə görə, "M113" Ukrayna Silahlı Qüvvələrinin mühüm hissəsinə çevrilir və Litva buna mühüm töhfə verir.
"Hazırda Kiyev tərəfindən hərbi polisin, minalardan təmizləmə üzrə mütəxəssislərin hazırlanması üçün sorğu təqdim olunub. Litva ordusu, həmçinin təlimatçılar göndərməklə Böyük Britaniyada ukraynalı kadrların genişmiqyaslı təliminə töhfə verəcək", – A.Anuşauskas NATO-nun Ukraynaya Dəstəyin Koordinasiyası Qrupunun distant iclasında deyib.
Litva artıq Ukraynaya "Stinger" hava hücumundan müdafiə sistemləri, tank əleyhinə silahlar, zirehlər və dəbilqələr, 120 mm-lik minaatanlar, atıcı silahlar, döyüş sursatları, termoqrafik kameralar, pilotsuz uçuş aparatları, anti-dronlar, müşahidə radarları, "M113" zirehli transportyorları, yük maşınları, yolsuzluq avtomobilləri verib.
Ümumilikdə Litvanın Ukraynaya hərbi yardımı təxminən 123 milyon avro təşkil edir.
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd