Liviyada bütün neft obyektlərinin fəaliyyəti bərpa olunur
Liviyanın təxminən üç ay əvvəl bağlanan əsas neft yataqları və ixrac limanları fəaliyyətini bərpa edəcək.
Bu barədə Liviya Milli Neft Korporasiyasının ("National Oil Corporation", NOC) Direktorlar Şurasının yeni sədri Fərhat Benqdara bildirib.
O, bundan əvvəl Benqazidə ölkənin şərq regionunun bir sıra nüfuzlu şəxsləri, ağsaqqalları ilə görüş keçirib və onlar etirazçıların hərəkətləri nəticəsində bağlanan obyektləri açmağa söz veriblər. Aprel ayından etibarən onlar Liviyanın "neft ayparası"nın əsas yüklənmə dəniz terminallarını bağlayıblar, nəticədə Zuveytin və Breqa limanlarında bir-birinin ardınca fors-major vəziyyət elan edilib, sonra Əl-Fil və ən böyük Əş-Şarara yataqlarında neft hasilatı dayandırılıb.
"Milli Neft Korporasiyası fors-majorun dərhal aradan qaldırıldığını və Liviyanın bütün neft yataqlarının və limanlarının bağlanmasının tamamilə dayandırıldığını elan edir", – Benqdara danışıqlardan sonra bəyanatında bildirib.
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə