Maaşlar bu tarixdə artacaq - ŞAD XƏBƏR
"Hesablamalara görə ölkədə 12 faizlik inflyasiya müşahidə olunur. Güman edirəm ki, ilin əvvəlində hökumət yenidən minimum əməkhaqqını artıra bilər. Nəticədə, ümumi orta aylıq əməkhaqlarının məbləği də yüksələcək".
KONKRET.azmetbuat.az-a istinadən xəbər verir ki, bu sözləri sayta açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. Müsahibimiz bildirdi ki, yeni ilin əvvəlində pensiyaçılara verilən təqaüdlər də artacaq:
"2024-cü ilin əvvəlində pensiyaların sosial sığorta hissəsinin indeksasiya olunması nəticəsində bütün pensiyaçıların pensiyası arta bilər. Azərbaycanda pensiyaların artımı əsasən orta aylıq əməkhaqqının il ərzində artım faizi əsasında hesablanır. Hazırda bu rəqəm 11.5 faiz arasında tərəddüd edir. Yəni, 11-12 faiz indeksasiya tətbiq ediləcək.
Pensiyaların artmasında qanunvericilik tələbi var. Amma minimum əmək haqqının artırılması üçün qanun tələbi yoxdur. Yəni mütləq şəkildə ilin əvvəlində əməkhaqlarını artırmaqla bağlı qərar verəcək deyə bir qayda yoxdur. Amma əvvəlki illərə baxanda güman etmək olur ki, hökumət minimum əməkhaqlarını da artıracaq".
İnflyasiyaya uyğun olaraq artımların 15 faiz civarında ola biləcəyini proqnoz edən ekspert qeyd etdi ki, minimum əməkhaqqı da aşağıdan başlayaraq digər əməkhaqqlarına təsir edir.
"Xüsusən dövlət sektorunda işləyənlərin məvaciblərində dəyişiklik baş verir. Qərar verilərsə, özəl sektorda da minimum əmək haqqının artırılması ondan aşağı əmək haqqının təyin edilməməsinə səbəb olur".

Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
ABB DAVR-a lisenziya verildi
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Biznes qurmaq istəyənlərə 10 məsləhət
İnvestisiyanın necə cəlb etmək olar?
CV-nin tərtib edilməsi prinsipləri
Whatsapp biznesin üstünlükləri nələrdir?
Bill Qeyts kimdir?