"Made in Turan", logistika subsidiyası, elektron ticarət - Bakıda "Turan E-Trade Forum" keçirildi 

Azərbaycan biznesi xarici əlaqələrini genişləndirdikcə xarici biznes strukturları ilə müzakirələrə ehtiyac daha çox hiss olunur.
Daha bir məhsul "Made in Turan" nişanı ilə ixrac ediləcək
Eləcə də potensial investor, biznes sahibləri və layihə müəlliflərini bir araya gətirmək üçün biznes tədbirlərə tələbat artır.
FED.az xəbər verir ki, belə tədbirlərdən biri ötən həftə Bakıda baş tutub. 26 noyabr 2024-cü il tarixində, Founder Club və Azərbaycan Françayzinq Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda "Turan E-Trade Forum"u keçirilib. "Baku Marriot Hotel Boulevard" otelində baş tutan forumun keçirilməsində məqsəd elektron ticarətin inkişafıı təşviq etmək, müasir texnologiyaların tətbiqi ilə bu sahədə mövcud olan çağırışlara və imkanlara diqqət çəkmək idi.
Son illər sürətlə genişlənən elektron ticarət artıq təkcə istehlakçılar üçün deyil, kiçik və orta biznes üçün də ciddi imkanlar yaradıb, biznes elektron ticarətə xaricdən malların topdansatış alınmasının asan forması kimi baxır. Təsadüfi deyil ki, forumun əsas sponsoru "Trendyol" kimi qlobal şirkət idi.
Forumun müzakirə mövzuları geniş idi. Buraya İxrac strategiyaları və beynəlxalq bazarlara çıxış; Elektron ticarətin inkişafı və rəqəmsal həllər; "Made in Turan" konsepsiyası altında milli məhsul və xidmətlərin tanıdılması; Sahibkarlar və investorlar arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunurdu.
Əsas məsələlərdən biri "Made in Turan" brendinin yaradılması, bununla da Türk dünyasının iqtisadi birliyini möhkəmləndirmək idi.
"Made in Turan" markası ilə bağlı yanaşmanı tədbiri giriş sözü ilə açan "Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümov bölüşdü. Onun sözlərinə görə, "Made in Europe" kimi, "Made in Turan" brendi də dünyada tanınacaq, yeni brend altında məhsullar bazara yaxın vaxtlarda çıxaracaq: "Biz də öz brendimizi yaratdıq və  istəyirik ki, bu brendlə bazara keyfiyyətli məhsullar daxil olsun. Artıq 2-3 ay sonra "Made in Turan"" markasının məhsullarını bazarlarda görəcəksiniz. "Made in Turan" brendi altında təkcə qida deyil, həm də qeyri-qida məhsulları buraxılacaq, qida məhsulları tam qatqısız olacaq", - deyə o forum zamanı qeyd etdi.
Yeri gəlmişkən, tədbirdə Azərbaycanla yanaşı, digər türk dövlətlərindən, o cümlədən Türkiyə, Qazaxıstan və Özbəkistan şirkətlərinin də nümayəndələri iştirak etdilər. Ümumilikdə tədbirə 16 ölkədən min nəfərdən artıq iştirakçı qatılmışdı.
Formun spikerləri arasına Türkiyənin tanınmış "Trendyol" şirkəti, Rusiyanın "Ozon" marketlər şəbəkəsindən iştirakçılar qatılıb.
Qeyd edək ki, türk dövlətləri arasında ticarət sürətlə artır. Təkcə bu ilin ilk 10 ayında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 6,1 milyard dollar həcmində olub, bunun 3,5 milyard dolları Azərbayanın bu ölkələrə icracıdır.
Çıxış edənlər Türk dövlətlərinin iqtisadiyyatında elektron ticarətin əhəmiyyətini vurğuladılar. Xüsusilə, ölkələr arasında daşıma xidmətlərinin - logistikanın gücləndirilməsi, yeni ticarət platformalarının yaradılması və region daxilində rəqəmsal ödəniş sistemlərinin genişləndirilməsi müzakirə olundu.  Türkiyənin tanınmış kargo şirkəti olan "Surat Kargo" şirkətinin baş meneceri Cem Oğuz tədbirdə spiker qismində çıxış etdi və öz təcrübələrini tədbir iştirakçılarına çatdırdı.
Forumun baş sponsoru olan "Trendyol" şirkətinin Beynəlxalq İnkişaf departamentinin rəhəri İrem Çağrı Yılandil Azərbaycanla olan əlaqələrin əhəmiyyətini vurğuladı. Ozon Global Türkiye şirkətinin icraçı direktoru Hazal Maraş isə foruma online qatılaraq təcrübələrini forum iştirakçılarına çatdırdı.
Logistika ilə bağlı müzakirələrdən dövlət qurumları da kənarda qalmadılar. Azərbaycanda logistik infrastrukturun gücləndirilməsi istiqamətində və elektron ticarətin inkişafı yönündə tədbirlər həyata keçirən Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva da forumda çıxış edənlər arasında idi. Müşavir forum zamanı 2025-ci ildə təsdiqlənməsi gözlənilən logistik subsidiya mexanizmi haqqında məlumat verdi. Logistik subsidiya Azərbaycan sahibkarlarının istehsal etdiyi malların daşınması üçün dövlətin maliyyə dəstəyidir.
Sevil Yəhyayeva bildirdi ki, "Bu mexanizm vasitəsilə qeyri-ənənəvi bazarlara (yəni yeni, indiyədək ixrac olmayan ölkələrə – FED.az) ixrac stimullaşdırılacaq. Bu mexanizm vasitəsilə, işğaldan azad edilmiş ərazilərdən ixrac fəaliyyətini həyata keçirən sahibkarların logistik xərclərinin 100% şəkildə ödənişini nəzərdə tutur".
Forum çərçivəsində üç panel müzakirəsi keçirilib. Burada Türkiyə və yerli dövlət qurumlarının çıxışları, yerli və xarici şirkətlərin müzakirələri baş tutub.
Panellərdə elektron ticarət sahəsindəki son tendensiyalar, startap ekosisteminin inkişafı və elektron ödəniş sistemlərinin təkmilləşdirilməsi mövzuları müzakirə olundu. Ekspertlər rəqəmsal transformasiyanın sürətləndirilməsi üçün dövlət və özəl sektor arasında əməkdaşlığın vacibliyini qeyd etdilər. 
Azərbaycandakı startap ekosistemi haqqında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Zaur Qardaşov məlumat verdi. "Bu günə kimi 200-ə yaxın startapa "Startap şəhadətnaməsi" verilib, onlardan 30-u elektron ticərətə bağlı startaplardır" – deyə o öz fikirlərini bildirib.
Üç panel müzakirəsi yekunlaşdıqdan sonra B2B görüşlər üçün 3 saat vaxt ayrıldı və iştirakçılar bir birləri ilə biznes mühitində əlaqələr yaratmaq şansı qazandılar. Forumda həmçinin iştirakçılar üçün sərgi təşkil edilmişdi. Yerli və regional şirkətlər öz innovativ məhsul və xidmətlərini təqdim edərək, yeni tərəfdaşlıqlar qurmaq imkanı əldə etdilər. 
Forum yekulaşdıqdan sonra iştirakçılar mükafatladırıldı. O cümlədən "Turan E-Trade Forum"un media tərəfdaşı qismində FED.az saytına təşəkkürnamə təqdim edildi.
Bu forumla, Azərbaycan və Türk dövlətləri arasında elektron ticarət sahəsində inteqrasiyanın gücləndirilməsi istiqamətində mühüm addım atıldı.
Artıq "Made in Turan" nişanı altında ixrac ediləcək ilk məhsul da dəqiqləşib. Azərbaycanın filtr məhsullarının istehsalçısı "Az Filter" şirkəti 2025-ci ilin yanvar ayından etibarən məhsullarını "Made in Turan" nişanı altında ixrac edəcək. Şirkətin baş direktoru Abuzər Fərhadlının sözlərinə görə, yeni qablaşdırmada məhsulların üzərində bu nişan əks olunacaq. "Gürcüstan və Qazaxıstandan ixraca dair sifarişlər daxil olub ki, bu bazarlara dekabr ayından tədarüklərə başlanılacaq. Qeyd edim ki, biz Ələt Azad İqtisadi Zonasında rezident statusunun əldə olunması ilə bağlı müraciət etmişik və müraciətimizə müsbət rəy verilib. Burada istehsalın təşkili ilə bağlı Çin, Koreya və Tayvandan zəruri olan avadanlıqların alınmasına dair sifarişlər vermişik. Ələt Azad İqtisadi Zonasında istehsalın təşkili məhsullarımızı Avropa bazarına da ixrac etməyə imkan yaradacaq", - A.Fərhadlı əlavə edib.
Qeyd edək ki, şirkət tərəfindən minik və kommersiya avtomobilləri, həmçinin sənaye, tikinti, kənd təsərrüfatı, dağ-mədən və dəniz sahələrində istifadə olunan texnikaların filtrləri istehsal edilir.

Biznes     Tarix: 02 dekabr 2024

Oxşar xəbərlər

Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

ABŞ Prezidenti Donald Trampın sərvəti 2024-cü il prezident seçkilərindən sonra 2,7 milyard dollar artaraq 7 milyard dollara çatıb. xəbər verir ki, bu barədə "Forbes" jurnalının yenilənmiş hesablamalarında bildirilir

Ukrayna Rusiyanın zəif yerini tapıb – İNDİ DƏ "OZON"U VURDU 

Avqustun 22-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində yerləşən "Ozon" marketpleysinin logistika mərkəzinə ilk dəfə PUA zərbəsi endirib. xəbər verir ki, bu barədə Ukraynanı

Publik hüquqi şəxslərə xərcləmələrlə bağlı güzəşt edilməsi təklif olunur

Azərbaycanda publik hüquqi şəxslərin satınalmalarında müəyyən məbləğə qədər çevik qərar mexanizmi yaradılmalıdır. xəbər verir ki, bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini

Azərbaycanda ən çox lisenziya verilən fəaliyyət sahələri açıqlandı

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 2026-cı ilin yanvar-iyul ayları ərzində 1191 lisenziya,  ümumilikdə isə 20 220 lisenziya verilib. İçərişəhərdəki məşhur restoranların sahibindən narazılıq - Müqavilələri uzadılmır

Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR

Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılı

"McDonald"s Azərbaycan" "Nizami Mall"da yeni restoran açıb - FOTOLAR

"McDonald"s Azərbaycan" "Nizami" metro stansiyasının yaxınlığında, Salatın Əsgərova küçəsində yerləşən "Nizami Mall" ticarət mərkəzində yeni restoran açıb. xəbər verir ki, restoran "Nizam

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR

Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlə

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA

Bakıda ənənəvi olaraq hər il keçirilən "Formula-1" yarışları təkcə ölkəyə gələn turistlərin və otellərdəki qonaqların sayını artırmır. "Formula 1" Azərbaycan qran-prisi kirayə mənzillərin qiymətini bahalaşdırd

Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU

"İsa bulag Catering Services" MMC (VÖEN: 8600230101) ləğv edilib. Vergi borcun var, amma işləyirsən - GÜZƏŞT EDİLƏCƏK – AZƏRBAYCANDA YENİLİK. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma şirkəti


iqtisadi xeberler leobank kart dollar kursu bitcoin dollar manat kursu