Maliyyə Nazirliyi 2022-ci ilin büdcələrinə dair operativ məlumat yaydı

Maliyyə Nazirliyi 2022-ci ilin büdcələrinə dair operativ məlumat yaydıMaliyyə Nazirliyi 2022-ci il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumat yayıb.
Marja xəbər verir ki, məlumatda bildirilir:
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Gəlirlər
Operativ məlumata əsasən 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat proqnoza qarşı 5,0 faiz və ya 1 milyard 462,7 milyon manat artıq icra olunaraq 30 milyard 660,5 milyon manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 4 milyard 264,2 milyon manat və ya 16,2 faiz çoxdur.
Dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 15 milyard 278,8 milyon manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1 milyard 618,5 milyon manat və ya 11,8 faiz, 2021-ci illə müqayisədə isə 2 milyard 418,8 milyon manat və ya 18,8 faiz çoxdur.
Neft-qaz sektoru üzrə daxilolmaları isə 15 milyard 381,7 milyon manat və ya proqnozla nəzərdə tutulduğundan 155,8 milyon manat (1,0 faiz) az olub.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 15 milyard 541,5 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 3 milyard 801,5 milyon manat və ya 32,4 faiz, 2021-ci illə müqayisədə isə 7 milyard 12,3 milyon manat və ya 82,2 faiz çoxdur.
Həmin vəsaitin 52,0 faizi və ya 8 milyard 82,8 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 362,8 milyon manat və ya 4,7 faiz, 2021-ci illə müqayisədə isə 1 milyard 739,9 milyon manat və ya 27,4 faiz çox olub.
Neft-qaz sektoru üzrə isə təmin edilmiş vergi daxilolmaları 7 milyard 458,7 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 3 milyard 438,7 milyon manat və ya 85,5 faiz, 2021-ci illə müqayisədə isə 5 milyard 272,4 milyon manat və ya 3,4 dəfə çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 11 milyard 517,5 milyon manat məbləğində transfertə qarşı 7 milyard 923 milyon manat məbləğində vəsait daxil olub. Hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan artım Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 3 milyard 594,5 milyon manat və ya 31,2 faiz az istifadə olunmasına imkan vermişdir.
Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 5 milyard 654,6 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 1 milyard 49,6 milyon manat və ya 22,8 faiz, 2021-ci illə müqayisədə isə 1 milyard 311,6 milyon manat və ya 30,2 faiz çoxdur.
Dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 24,9 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 8,9 milyonmanat və 55,6 faiz, 2021-ci illə müqayisədə isə 8,7 milyon manat və ya 53,7 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 804,1 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 29,9 milyon manat və ya 3,6 faiz az, 2021-ci illə müqayisədə isə 191,2 milyon manat və ya 31,2 faiz çoxdur.
Dövlət büdcəsinə sair daxilolmalar üzrə 529,1 milyon manat vəsait təmin olunub ki, bu da proqnoza nisbətən 227,1 milyon manat və ya 75,2 faiz çoxdur.
Məqsədli büdcə fondlarının ("Avtomobil yolları" Məqsədli Büdcə Fondu və Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu) vəsaitinin qalığının həmin fondların gəlirlərinə aid olan hissəsi 183,3 milyon manat təşkil edib.
2022-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin gəlirləri 8 milyard 259,1 milyon manat icra olunub.
Xərclər
Operativ məlumata əsasən 2022-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 99,3 faiz və ya 32 milyard 63,3 milyon manat icra olunub ki, bu da 2021-ci illə müqayisədə 4 milyard 640,9 milyon manat və ya 16,9 faiz çoxdur.
Strukturuna görə 2022-ci il dövlət büdcəsi xərclərinin 17 milyard 739,9 milyon manatı cari xərclərə (2021-ci illə müqayisədə 1 milyard 151,5 milyon manat və ya 6,9 faiz çox), 12 milyard 533 milyon manatı əsaslı xərclərə (2021-ci illə müqayisədə 3 milyard 897,8 milyonmanat və ya 45,1 faiz çox), 1 milyard 790,4 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci illə müqayisədə 408,4 milyon manat və ya 18,6 faiz az) yönəldilib.
İqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 11 milyard 577,1 milyon manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 1 milyard 280,4 milyonmanat və ya 12,4 faiz çoxdur.
2022-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 11 milyard 592,6 milyon manat icra olunub.
Dövlət büdcəsinin kəsiri
2022-ci ildə dövlət büdcəsinin kəsiri 3 milyard 106,0 milyon manat proqnoza qarşı faktiki olaraq 1 milyard 402,8 milyon manat təşkil etməklə proqnozdan 1 milyard 703,2 milyon manat  və ya 54,8 faiz az olub.
Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1,0 faiz (proqnoza nisbətən 1,7 faiz-bənd az) təşkil edib. 
Kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7  milyon manat), daxili və xarici borclanma (976,3 milyon manat), dövlət əmlakının özəlləşdirməsindən (115,4 milyon manat) daxil olan vəsait, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 51,4 milyon manat vəsait hesabına həyata keçirilib.
İcmal büdcə
Operativ məlumata əsasən 2022-ci il icmal büdcəsinin gəlirləri 42 milyard 289,5 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 5 milyard 528,6 milyon manat və ya 15,0 faiz, 2021-ci illə müqayisədə isə 8 milyard 385,8 milyon manat və ya 24,7 faiz çoxdur.
İcmal büdcənin xərcləri 35 milyard 61 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 579,9 milyon manat və ya 1,6 faiz az, 2021-ci illə müqayisədə isə 5 milyard 70,5 milyon manat və ya 16,9 faiz çoxdur.
2022-ci ilin icmal büdcəsində 7 milyard 228,5 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır. Bu da proqnoza nisbətən 6 milyard 108,5 milyon manat və ya 6,5 dəfə çoxdur. / marja.az

Maliyyə     Tarix: 23 yanvar 2023

Oxşar xəbərlər

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət


iqtisadi xeberler valyuta xeberleri bitkoin qiymeti kicik biznes depozit faizleri