Manturov: "Türkiyəyə "S-400"lərin tədarükü ilə bağlı danışıqlar aparılır"
"S-400 "Triumf" hava hücumundan müdafiə sistemlərinin yeni partiyasının Türkiyəyə tədarükü ilə bağlı müzakirələr davam edir".
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov "İnterfaks"a müsahibəsində bildirib.
"İkitərəfli əməkdaşlıq bir çox sahələrdə, o cümlədən hərbi-texniki sahədə fəal şəkildə inkişaf edir. Biz Türkiyə ilə S-400 "Triumf" zenit-raket kompleksinin tədarükü üzrə əməkdaşlığı davam etdiririk", – Manturov qeyd edib.
Rəsmi məlumatlara görə, Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində 4 divizion S-400 hava hücumundan müdafiə sistemləri alıb.
2019-cu ildə "Rosoboroneksport" Rusiyanın Türkiyəni S-400 sistemlərinin bütün elementləri ilə təmin etməklə bu müqaviləni vaxtından əvvəl yerinə yetirdiyini bildirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin avqustunda Rusiyadan S-400 sistemlərinin ikinci partiyasını almaq planlarından danışıb.
İqbal Rzayev,
KONKRET.az

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Biznes plan necə yazılır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Cash Back nədir?
Biznes planı necə yazmaq lazımdır?
IMEI kod nədir?