"Maykl Ceksonun nigahdankənar oğlu" atasının mirasından danışdı - FOTO/VİDEO
"Maykl Ceksonun nigahdankənar oğlu" atasının mirasından danışdı - FOTO/VİDEO
"Maykl Ceksonun qeyri-qanuni oğlu" kimi tanınan musiqiçi Brendon Hovard atasının mirasına münasibətindən danışıb.
Jurnalistin ondan yenidən DNT testindən keçmək və Ceksonun mirasındakı payını iddia etmək niyyətində olub-olması ilə bağlı sualına o, sadəcə olaraq bütün bu ajiotajdan uzaq olmaq istədiyini deyib:
"Mən bu məsələyə qarışmaq istəmirəm. Mən bunu etməzdim", - deyə Hovard bildirib.
Musiqiçinin sözlərinə görə onun Ceksonun oğlu ola biləcəyi ehtimalı yayıldıqdan sonra vəkillər bir neçə dəfə yanına gələrək mirası tələb etməsi təklifini irəli sürüblər.
Gəncin sözlərinə görə, o, həmişə imtina edib.
Qeyd edək ki, Brendon – "Billi" kimi tanınan müğənni Mika Hovardın oğludur. O və Cekson bir-birlərini 80-ci illərdə tanıyırdılar. Brendon 1982-ci ildə anadan olub. Bir il sonra Cekson "Billie Jean" hitini ifa etdi. Mahnının sözlərində deyilir ki, "Amma mən sənin görüşdüyün tək kişi deyildim və uşaq da mənim deyil".
2014-cü ildə Brendon Horvardın DNT testi verdiyi və uyğunluğun 99.9 faiz olması barədə xəbərlər yayıldı. Bundan sonra ifaçı bu barədə məlumatın ictimaiyyətdə yayılmasını istəmədiyini və xüsusən də mirasda iddialı olmadığını elan etdi. Bundan bir neçə gün sonra sənədlərin saxta ola biləcəyi barədə iddialar yayıldı.
Mənbə: Gazeta.ru

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Onlayn biznes növləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Green Card nədir və onu necə əldə etmək olar?