"McDonald"s Azərbaycan" şəhid və qazi ailələrinin övladları üçün yay istirahəti təşkil edib - FOTOLAR
"McDonald"s Azərbaycan" Dövlət Sosial Müdafiə Fondu ilə birgə şəhid və qazi ailələrindən olan 12 uşaq və onların yaxınları üçün Bilgəh qəsəbəsində yerləşən "Camphood" düşərgəsinə yay istirahəti təşkil edib.
FED.az xəbər verir ki, proqram iştirakçıları sırasında bu il beynəlxalq idman yarışlarının qalibləri, eləcə də əvvəllər intellektual olimpiadaların və təhsil müsabiqələrinin qalibi olmuş uşaqlar yer alıblar.
İştirakçılar üçün idman, yaradıcılıq və maarifləndirici fəaliyyətləri əhatə edən zəngin proqram hazırlanıb. Uşaqlar həmyaşıdları ilə tanış olub, müxtəlif tədbir və fəaliyyətlərdə iştirak edərək yaddaqalan təəssüratlar qazanıblar.
"Camphood" düşərgəsinə təşkil olunan səfər uşaqlara xoş xatirələr, yeni dostluqlar və faydalı təcrübə qazandırmaqla yanaşı, istirahət, ünsiyyət və inkişaf imkanlarını səmimi və mehriban mühitdə bir araya gətirib.
Layihə "McDonald"s Azərbaycan" ilə Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış müvafiq memorandum çərçivəsində həyata keçirilən uzunmüddətli tərəfdaşlığın tərkib hissəsidir.
Bu əməkdaşlıq çərçivəsində şirkət şəhid və qazi ailələrinin övladlarının dəstəklənməsinə yönəlmiş korporativ sosial məsuliyyət layihələrini ardıcıl şəkildə həyata keçirməyə davam edir.

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb
Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
"PAŞA Bank" IPO-dan sonra kapital artımını səhmdarların müzakirəsinə çıxarır
Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb
Çexiyanın Azərbaycana ümumi investisiya qoyuluşu açıqlanıb
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda
"Bitcoin" yenidən 83 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
Biznes nədir?
Start-up nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın TOP-3 biznes universiteti hansılardı?