Məmməd Abbasbəyli yeni qanun ilə dövlət satınalmalarında şəffaflığın təmin ediləcəyini bildirib
Azərbaycanda "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi hazırlanıb və bu ayın əvvəlində Nazirlər Kabinetinə təqdim edilib.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O, bildirib ki, yeni qanun dövlət satınalmalarında səmərəlilik və şəffaflığı təmin edəcək:
"Bundan sonra bütün satınalmalar elektronlaşacaq. Bu da satınalmalarda sahibkarların iştirakı vasitəsilə biznesin inkişafına böyük töhfə verəcək və satınalmalarda iştirak məbləğlərinin azalmasına səbəb olacaq. Ötən il eyni zamanda etender.gov.az portalının funksionallığının təkmilləşdirilməsi işləri aparılıb və istifadəçi interfeysi yenilənib".
M. Abbasbəyli qeyd edib ki, hazırda elektron portala yeni inteqrasiyalar həyata keçirilir: "Mərkəzi Bankın elektron qarantiyalar reyestri ilə inteqrasiya yekunlaşıb. Növbəti mərhələdə Dövlət Vergi Xidməti ilə vergi arayışlarının inteqrasiyası, daha sonra Dövlət Statistika Komitəsinin sahibkarlıq subyektləri reyestri ilə inteqrasiya nəzərdə tutulub".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report" / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Start-up nədir?
Ev şəraitində pul qazanmağın yolları
Fond birjası nədir?
IMEI kod nədir?
Evdə biznes qurmağın yolları