Mərkəzi Bank: Azərbaycan banklarının kənar şoklara qarşı dayanıqlığı yüksəkdir

Mərkəzi Bank: Azərbaycan banklarının kənar şoklara qarşı dayanıqlığı yüksəkdir2022-ci ildə bank sektorunun əsas göstəriciləri üzrə müsbət trendlər müşahidə edilib.
Banker.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə sabitliyi hesabatı qeyd edilir.
Bank sistemində aktivlərin keyfiyyəti, gəlirlilik və likvidlik göstəriciləri qənaətbəxş səviyyədə olmuş, kapital mövqeyi prudensial tələblərə cavab verib. Həyata keçirilmiş requlyativ siyasət və mövcud nəzarət çərçivəsi bank sektorunun stabil fəaliyyətini təmin edib. Aparılmış təhlillər bank sektorunun kənar şoklara qarşı dayanıqlığının yüksək olduğunu göstərir.
Bank sisteminin maliyyə vasitəçiliyində rolu
Ölkədə bank-əsaslı maliyyələşmə modeli mövcuddur. Ölkə bank-mərkəzli maliyyə arxitekturasına malik olduğu üçün iqtisadiyyatın maliyyələşməsində bank sistemi əsas maliyyə vasitəçisi funksiyasını həyata keçirir. Bank sektorunun maliyyə dərinliyini xarakterizə edən əsas göstəricilərdən olan bank aktivlərinin ÜDM-ə nisbəti göstəricisi 35.2% təşkil edir. Eyni zamanda, digər maliyyə dərinliyi göstəricisi olan kredit portfelinin ÜDM-ə nisbəti isə 14.6% təşkil edir (kredit portfelinin qeyri-neft ÜDM-ə nisbəti 28%-dir). Azərbaycan bank sektorunun maliyyə dərinliyi göstəriciləri bençmark ölkələrlə müqayisədə aşağıdır ki, bu da bank sektorunun gələcək artım potensialını ifadə edir. Ölkədə 25 bank fəaliyyət göstərir. Bu banklardan 2-si dövlət bankıdır. Xarici kapitallı bankların sayı 11-dir və bir xarici bankın yerli filialı mövcuddur. Sektorun xidmət şəbəkəsi 487 filial, 91 şöbə, 2997 ATM, 22.8 min nəfər işçidən ibarətdir. Hər 1000 km2 əraziyə düşən filial sayı 6, hər 100 min nəfərə düşən ATM sayı isə 29 təşkil edir. Ötən ilin sonu ilə müqayisədə xidmət şəbəkəsinin əhəmiyyətli genişlənmədiyi (filial şəbəkəsi üzrə artım 2%, ATM sayı üzrə artım 3%) müşahidə edilir. Bu, bank sektorunda rəqəmsal xidmət həllərinin artması ilə (bankların mobil tətbiqlərini təkmilləşdirməsi, rəqəmsal kart təkliflərinin artırılması və s.) izah olunur.
Bank sektorunun aktiv və öhdəliklərinin dinamikası
İqtisadi aktivliyin yüksəlməsi və bankların resurs bazasının genişlənməsi fonunda bank sektorunun balansının əhəmiyyətli genişlənməsi baş vermişdir. İl ərzində bank sektorunun aktivləri 22% (8.6 mlrd. manat) artaraq 47.1 mlrd. manat təşkil etmişdir. Öhdəliklər isə 24% (7.9 mlrd. manat) artaraq 41.4 mlrd. manat təşkil etmişdir.
Mərkəzi Bank: Azərbaycan banklarının kənar şoklara qarşı dayanıqlığı yüksəkdir2022-ci ilin sonu üzrə bank sektorunun aktivlərinin 39%-i xalis kredit portfeli, 37%-i likvid aktivlər, 11%-i maliyyə institutlarına yerləşdirilmiş depozit və kreditlər, 13%-i isə digər aktivlər təşkil edir. Bank sektorunun öhdəlikləri əsasən hüquqi şəxslərin depozitləri hesabına formalaşıb. Belə ki, öhdəliklərin 54%-i hüquqi şəxslərin depozitləri, 28%-i fiziki şəxslərin depozitləri, 12%-i maliyyə institutları qarşısında öhdəliklər, 6%-i digər öhdəliklər təşkil edir.
Mərkəzi Bank: Azərbaycan banklarının kənar şoklara qarşı dayanıqlığı yüksəkdirBank sektorunun aktivlərinin genişlənməsi əsasən iqtisadi aktivliyin artımı fonunda öhdəliklərin stabil artım tempi ilə uyğunlaşmışdır. Bank sektorunun cəlb etdiyi resursların dinamikası iqtisadiyyatın şəffaflaşması prosesi ilə nağdsız əməliyyatların artımı nəticəsində hüquqi şəxslərin depozitlərinin artımı həmçinin, bank sisteminə inamın əsas göstəricisi hesab olunan fiziki şəxslərin depozitlərinin artımı ilə dəstəklənmişdir. Belə ki, il ərzində hüquqi şəxslərin depozitləri 24%, fiziki şəxslərin depozitləri isə 27% artmışdır.

Banklar     Tarix: 15 mart 2023

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda


iqtisadi xeberler dollar mezenne avtomobil xeberleri kicik biznes bitkoin qiymeti