Bankların kredit-depozit marjası hansı səviyyədədir?

Bankların kredit-depozit marjası hansı səviyyədədir?2025-ci ilin 1 oktyabrında Azərbaycanda fiziki və hüquqi şəxslərin kredit və depozit faizləri arasındakı marja ötən ilin eyni dövrü ilə müqayisədə azalma və müəyyən dərəcədə sabitlik meyilləri göstərib.
Banker.az Azərbaycan Mərkəzin Bankına istinadən xəbər verir ki, fiziki şəxslər üzrə milli valyutada marja 2024-cü ilin oktyabrında 6.79 faiz idisə, 2025-ci ilin oktyabrında cüzi azalaraq 6.59 faizə düşüb. Bu, son bir ildə 0.2 faiz bəndi azalma deməkdir. Bununla belə, 2023-cü ilin oktyabrında bu göstərici 6.80 faiz təşkil etmişdi. Bununla belə fiziki şəxslərdə manatdakı kredit-depozit marjası yay aylarında 6.4 faizə qədər düşsə də sonradan yenidən yüksəlmişdi.
Fiziki şəxslər üzrə xarici valyutada marja isə 1.82 faizdən 1.61 faizə enib. Yəni illik müqayisədə 0.21 faiz bəndi azalma qeydə alınıb. Bu, 2020-ci illə (5.31 faiz) müqayisəd böyük fərqlə azalma deməkdir.
Fiziki şəxslərə verilən kreditlər son ayda manatda 16.9 faizdən 16.91 faizə qalxarkən, hüquqi şəxslərdə 11.41 faizdən 11.48 faizə qalxıb.
Bankların kredit-depozit marjası hansı səviyyədədir?Şirkət və təşkitlatlarda vəziyyət fərqlidir. Milli valyutada marja ötən ilin oktyabrında 3.77 faiz olduğu halda, bu il 4.36 faizə yüksəlib. Bu da illik müqayisədə 0.59 faiz bəndi artımdır. Bu artım son aylarda müşahidə olunan kredit aktivliyinin və risk primasının bir qədər yüksəlməsi ilə əlaqələndirilə bilər. Müqayisə üçün, 2023-cü ilin oktyabrında marja 4.58 faiz idi, yəni 2024-cü ildə azaldıqdan sonra 2025-ci ildə yenidən artım mərhələsinə daxil olub.
Hüquqi şəxslərin xarici valyutada marjası isə ötən ilin oktyabrında 2.55 faiz olduğu halda, bu il 2.63 faizə yüksəlib. Artım cəmi 0.08 faiz bəndi olsa da, 2023-cü ildəki 3.24 faizlə müqayisədə bu göstərici hələ də xeyli aşağı səviyyədə qalır.
Bankların kredit-depozit marjası hansı səviyyədədir?

Banklar     Tarix: 04 noyabr 2025

Oxşar xəbərlər

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler rubl mezenne bitcoin biznes qurmaq dollarin kursu bu gun