Məşhur şirkət Türkiyəyə 1 milyard dollar SƏRMAYƏ QOYACAQ
Çinin e-ticarət nəhəngi "Alibaba Group Holding Ltd" 1 milyard dollardan çox sərmayə ilə İstanbul Hava Limanında logistika mərkəzi və paytaxt Ankara yaxınlığında məlumat mərkəzi qurmağı planlaşdırır.
KONKRET.az"Reuters" istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Maykl Evans deyib.
Evans şirkətin Avropa və Yaxın Şərqə sərmayə qoymağı planlaşdırdığını və Türkiyəni çox güclü istehsal bazası kimi gördüyünü bildirib.
"İstanbul Hava Limanında ciddi investisiya planımız var. Buradan Avropa, Yaxın və Uzaq Şərqə elektron ixrac planlarını qiymətləndirə bilərik. Biz 1 milyard dollardan çox sərmayə qoymağı planlaşdırırıq", – o deyib.
Qeyd edək ki, Türkiyənin ən məşhur e-ticarət platformalarından biri olan "Trendyol" "Alibaba" tərəfindən dəstəklənir.
"Trendyol"u seçməyimizin səbəbi onun texnologiyasının ən qabaqcıl olması və potensialının böyük olması idi. Biz buranı Avropa və Yaxın Şərq üçün baza kimi yerləşdiririk", – Evans əlavə edib.
İqbal Rzayev,
KONKRET.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Biznes nədir?
SWIFT nədir?
İKEA şirkətinin tarixi
SMM nə deməkdir?
Dünyanın ən varlı 10 müğənnisi